02 Iyun 2019 00:38
960
İQTİSADİYYAT
A- A+

“Azərpambıq ASK”nın Ağcabədidəki zavodunda 72,5 min ton pambıq emal ediləcək


"Azərbaycan Sənaye Korporasiyası” ASC-dən AZƏRTAC-a bildirilib ki, qurumun baş direktoru Kamran Nəbizadə "Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonundakı pambıq istehsalı emalı zavodunda aparılan yenidənqurma işləri ilə tanış olub. Baş direktor görülən tədbirlərin zamanın tələblərinə uyğun, vaxtında, həm də keyfiyyətlə başa çatdırılmasını tövsiyə edib.

Məlumat verilib ki, bu il məhsul yığımı mövsümündə zavodda 72 min 500 ton pambıq emalı nəzərdə tutulur. Zavod tam gücü ilə işə düşdükdən sonra cəmiyyətin ətraf rayonlarda yerləşən məntəqələrindən də həmin müəssisəyə pambıq qəbul olunaraq emala veriləcək. Zavodda Ağcabədi rayonu üzrə 10 min ton, Ağdam rayonu üzrə 1500, Tərtər rayonu üzrə 3375, Goranboy rayonu üzrə 3 min ton - ümumilikdə 17 min 875 ton pambıq tədarük və emal olunacaq.

Hazırda zavodda köhnə, sıradan çıxmış avadanlıqların demontaj işlərinə başlanılıb. Bununla yanaşı, təmir-bərpa və yeni avadanlıqların alınması istiqamətində də tədbirlər planı hazırlanaraq həyata keçirilir. Yeni, müasir tələblərə cavab verən pambıq emalı zavodunun kütləvi pambıq tədarükü dövrü ilə eyni vaxtda işə salınması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video