02 Iyun 2019 00:38
767
İQTİSADİYYAT
A- A+

Naxçıvanda IV Göycə festivalı keçirilir


"Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti IV Göycə festivalı keçirilir. AZƏRTAC xəbər verir ki, festivalın açılış mərasimində tədbirin aparıcıları qədim Naxçıvanın zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanındığını bildiriblər. Qeyd edilib ki, Naxçıvanın istər təbii duzu və mineral bulaqları, istərsə də barlı-bəhərli bağlarında yetişən növbənöv meyvələri süfrələrimizin dad-tamına, bərəkətinə çevrilib. Hələ orta əsrlərdə səyyahlar Naxçıvanı "meyvə cənnəti” adlandırıblar. Naxçıvanda hər mövsümün öz meyvəsi var. Bu meyvələr içərisində öz dadı-tamı ilə seçilən Naxçıvan göycəsidir. Naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının əməyinin bəhrəsi olan Naxçıvan göycəsinin tarixi VII əsrə gedib çıxır. Bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında göycənin müxtəlif növləri yetişdirilir.

Aparıcılar 2016-cı ildən başlayaraq keçirilən Göycə festivalının əhəmiyyətindən danışaraq bildiriblər ki, Naxçıvanda yetişən göycə ilə yanaşı, ləziz dadı olan alma, armud, qoz, badam, üzüm sortları da ölkəmizdə və dünyada yaxşı tanınır.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər doktoru Varis Quliyev çıxış edərək deyib ki, Naxçıvan göycəsi sortunun adı becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə uyğun olaraq adlandırılıb. "Göycə” sözü göyümtül-yaşıl mənasında olmaqla bərabər, "yeni”, "təzə” mənasını da ifadə edir. Muxtar respublikada yazın ilk yeyilən meyvələrindən biridir. Naxçıvanın torpaq-iqlim şəraiti göycənin tez böyüməsi, inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Əsasən Arazboyu maili düzənlik ərazilərdə Naxçıvan göycəsi sortundan ibarət bağların salınması üçün olduqca əlverişli ekoloji mühit var. Çoxillik göycə ağacları 10-25 il normal məhsul verir, hər bir ağacdan ildə təqribən 50 kiloqrama qədər məhsul toplanılır. Naxçıvan göycəsi, adətən yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin tinglərindən istifadə edilir. Calaqetmədə albuxara ağacından istifadə etdikdə göycə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə isə göycə ağacları uzunömürlü olur.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında səsləndirilən şən mahnılar və rəqslər festival iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, festivala muxtar respublikanın şəhər və rayonlarından 250-dən çox ailə təsərrüfatı 18 tondan artıq göycə gətirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video