Alternative content

07:57 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bədənimizi tanıyaq
Bədənimizi tanıyaq
ANA SƏHİFƏ / Elm və texnika
00:36 02.06.2019


İnsan orqanizmi barədə bəzi maraqlı faktları diqqətinizə çatdıraq. Çəkisi 70-80 kq olan insanın orqanizmində 45,5 kq oksigen, 12,6 kq karbohidrat, 7 kq hidrogen, 2,1 kq azot, 1,4 kq kalsium, 700 qr fosfor var. Bütünlükdə digər elementlər isə (kalium, kükürd, natrium, xlor, maqnezium, dəmir və sink) təxminən 700 qram təşkil edir. Bu "var-dövlətin” hamısı amerikan yazıçının hesablamalarına görə, 1 dollar 98 sentə bərabərdir.

İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kiloqramdır. Bakteriyaların çoxu ziyansızdır, əksəriyyəti isə bizə sadəcə lazımdır. Onlar insanın bağırsağında B2 və R vitaminlərini istehsal edirlər. Bakteriyaların köməyi ilə şərab, pivə, turş süd məhsulları, xəmir və s. hazırlayırlar. Bakteriyalar çirkli suları təmizləyir. Neftin, qazın və sellülozun təmizlənməsində də bakteriyalardan istifadə olunur. Çox təəssüf ki, yuyucu tozların və sabun reklamlarının nəticəsində bakteriyalar yalnız ziyanlı bir şey kimi tanınır.

Yalnız kəllə beyninin qabığında 16 milyarda yaxın sinir hüceyrələri mövcuddur. Onların hər biri neyron və dendrit toru ilə 20 min başqa hüceyrələrlə bağlıdır. Bu o deməkdir ki, beynimizdə hüceyrələrin mümkün ahənginin, yer dəyişməsinin və digər hüceyrə kombinasiyalarının sayı bizim tanıdığımız kainatın molekulalarının sayından çoxdur.

30 yaşdan başlayaraq insanın əsas beyin ölçüləri azalır. Kişilərin beyninin çəkisi 20-29 yaşlarında, qadınlarda isə 15-19 yaşlarında maksimal ağırlıqda olur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM