Alternative content

16:39 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təbiətin dostları - Zolaqlı at
Təbiətin dostları - Zolaqlı at
ANA SƏHİFƏ / Elm və texnika
00:36 02.06.2019


Zebr atlar fəsiləsinin atlar cinsinin yarımcinsidir. 3 növü var - dağ, səhra və düzənlik zebri. Zebr və əhliləşdirilmiş atların hibridindən alınan zebrlər zebroid, eşşəklərlə hibridindən alınan zebrlər isə zebrul adlanır.

Əvvəllər zebrlər bütün Afrikada yayılmışdılar. Bu gün düzənlik zebralarına daha çox Sudan, Həbəşistan, Şərqi Afrika savannalarında, materikin cənubuna qədər olan ərazilərdə rast gəlinir. Səhra zebrləri isə Şərqi Afrikada, Keniyada, Həbəşistan və Somalinin quru savannalarında yayılıb.

Zebrlərin daha çox yayılmış növü dağ zebrləridir. Onlara Namibiya və Cənubi Afrikanın dağlarında bəzən 2000 metrə qədər yüksəkliklərdə rast gəlmək mümkündür.

Ən kiçik növləri dağ zebrləridir. Hündürlükləri 118-132 santimetrə, çəkiləri 204-257 kiloqrama çatır. Zebr balaları doğulduqdan 20 dəqiqə sonra yeriyir, 45 dəqiqə sonra isə tullana bilirlər. 3 aylığına kimi bala zebrlər su içməyə getmirlər. Anaları su içməyə gedən zaman onlar erkək zebraların yanında qalırlar. Təhlükə zamanı zebrlər balalarını qorumaq üçün onları sürünün içərisinə doğru itələyirlər. Sürü qaçarkən balalar daim ortada olur və analarına yaxın hərəkət edirlər.

Bir çox zebrlər gizlənməyə yer olmayan açıq otlaqlarda yaşayırlar. Buna görə də həyatda qala bilmək üçün çox sürətlə qaçmağa məcburdurlar. Onların bütün bədən quruluşu məhz buna uyğunlaşıb. Uzun ayaqları, güclü əzələləri və xeyli genişlənə bilən ağciyərləri var. Yorulmadan və sürəti azaltmadan çox uzun məsafəyə qaça bilirlər. Zebrlərin sümükləri yüngül, amma güclüdür. Tez-tez su içirlər. Su olmayan bölgələrdə isə qoxu hissiyyatından istifadə edərək çuxur qazıb təmiz su tapırlar.

Zebrlərin heç birinin zolaqları digərləri ilə eyni deyil. Yəni hər zebrin özünəməxsus zolağı var. Alimlər düşünürlər ki, zebrlərin ulu babaları əslində qara rəngli olub. Onlardan bəzilərinin üzərində mutasiya nəticəsində yaranmış ağ zolaqlar olan hissəni milçəklər dişləyə bilməyib. Daha sonra zebrlərin ağ zolaqlı nəsli dominant olmağa başlayıb və nəticədə indi onların hamısı ağ-qara zolaqlıdır. Bəs bu zolaqlar nə işə yarayır?

Heyvanların əsas müdafiə üsullarından biri kamuflyajdır. Zebrlərin zolaqları da kamuflyaj funksiyası yerinə yetirərək düşmənlərindən gizlənmələrini təmin edir. Zebrləri savannalardakı hündür otların içərisində ayırd etmək çətin olur, çünki zolaqlar otların kölgəsi kimi görünərək, heyvanın aydın seçilməsinə mane olur. Zebrlər birlikdə dayandığı zaman bu zolaqlar səbəbindən yırtıcı heyvanlar sürünü bütöv görür, buna görə də ovlamaq istədikləri heyvanı ayırd etməkdə çətinlik çəkirlər. Beləliklə, zebrlər düşmənlərindən qorunurlar.

Həmçinin bu ağ-qara zolaqlar zebrləri qansoran və xəstəlik daşıyan ağcaqanadlardan da qoruyur. Alimlər bu ağcaqanadların üfüqi xətt üzrə düşən işıqdan təsirləndiyini aşkar ediblər. Ağcaqanadlar suyun üzərində olan yarpaqlara sürfə qoyurlar. Suda əks olunan üfüqi işıqlar ağcaqanadı su yerinə, yarpağa yönləndirir. Ağcaqanad zebrin zolaqlarını bu işıqlara bənzədərək su olduğunu düşünür və ona yaxınlaşmır.

Zebr zolaqlarının başqa bir xüsusiyyəti də tanınmalarını təmin etməsidir. Hər bir insanın barmaq izi fərqli olduğu kimi, zebrlərin zolaqları da bir-birindən fərqlidir. Zebrlər bir-birini, eləcə də balalar anasını özünəməxsus zolaqlarından və qoxularından tanıyırlar.

İngiltərənin Bristol Universitetində aparılan araşdırmanın nəticəsinə görə isə zebrlərin dərilərinin zolaqlı olması onları ölümcül xəstəlik daşıyan at milçəklərindən qoruyur. Araşdırma zamanı atların üzərinə zebra naxışlı örtüklər atılıb. At milçəkləri həmin atlara yaxınlaşan kimi onun üzərinə qonmaqdan vaz keçiblər. Bununla da zolaqların hansı işə yaradığı ortaya çıxıb.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM