01 Iyun 2019 23:48
503
CƏMİYYƏT
A- A+

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib


İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında növbəti Uşaq festivalı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.

Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib.

Festivalda Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri də iştirak ediblər.

Festival saatlarında uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan müxtəlif attraksionlarda, buz meydançasında əylənib, şahmat oyununda, eləcə də bir sıra idman növlərində özlərini sınayıblar.

Azyaşlılar "face art” zonalarında üzlərini arzularına uyğun boyatdırıb, rəqs, DJ, karaoke meydançalarında maraqlı anlar yaşayıb, sirk nömrələri izləyib, animatorlarla əyləniblər. Küçə incəsənəti həvəskarları asfalt üzərində rəsmlər çəkib, avtomobilsevərlər isə ralli meydançasında maşın sürüblər.

Mərkəzin parkında heyvansevərlər də müxtəlif macəralar yaşayıblar. Onlar burada safari turuna çıxa, mini zoo və mini ferma zonalarında heyvanlarla canlı təmas qura, sualtı dünyanın möcüzələri ilə tanış ola, xidməti itlərin sərgisini izləyə biliblər. Balacalar, həmçinin "Toplan” sahibsiz itlərə Qayğı Mərkəzinin viktorinasında iştirak imkanı qazanıblar. Həmçinin arxeologiya və astronomiya ilə maraqlanan uşaqlar üçün də xüsusi meydançalar fəaliyyət göstərib.

Əyləncəli və maarifləndirici zonalar "Studyland” uşaq inkişaf mərkəzi, "Creative TK Kids” uşaq mərkəzi, "Sevimli bala” elm mərkəzi, "EkoSfera” sosial-ekoloji mərkəzi, "Megafun” əyləncə mərkəzi, "Bolşoy Prazdnik” ticarət evi, "Tusi Bohm Planitarium”un dəstəyi ilə yaradılıb. Bakı Kitab Mərkəzi və "3 alma” uşaq ədəbiyyatı nəşriyyatı isə mütaliə zonaları təşkil edib. Tədbirin keçirildiyi müddətdə Heydər Əliyev Mərkəzinin parkında musiqi proqramları təqdim olunub. Uşaqlar, həmçinin Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında müxtəlif tamaşalar izləyiblər.

Mərkəzin parkında "İnnoFest kəndi” də fəaliyyət göstərib. Bu zona Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə keçirilən "İnnovasiya Festivalı” ("İnnoFest”) çərçivəsində təşkil olunub.

"İnnoFest kəndi”ndə innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, dron və robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi "Robopark”, interaktiv muzey, VR oyunlar, "Baku Open Cyber Cup", "TechFest Bakı” zonaları, əyləncə meydançası fəaliyyət göstərib.

Bayram münasibətilə uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr verilib.

Beləliklə, uşaqlar iyunun 1-də gün ərzində Heydər Əliyev Mərkəzinin parkında öz arzu və xəyallarını gerçəkləşdirmək, dostları ilə birgə səmərəli asudə vaxt keçirmək, bayramlarını birgə qeyd etmək imkanı qazanıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video