01 Iyun 2019 23:33
563
CƏMİYYƏT
A- A+

Nazir Sahil Babayev sağlamlıq imkanları məhdud uşaqlarla və uşaq paralimpiyaçılarla görüşüb


1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsində yaşayan uşaqlarla və Paralimpiya İdman Kompleksində yarışlara hazırlaşan uşaq paralimpiyaçılarla görüşüb.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində (Abşeron rayonu, Saray qəsəbəsi) S.Babayev buradakı uşaqlarla görüşüb, müəssisədə uşaqların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olub.

Müəssisənin sosial xidmət işçiləri ilə görüşündə nazir vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Bu kateqoriyalardan olan uşaqlara dövlətin qayğısı ildən-ilə artır. Dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı ilə həmin uşaqlar üçün aylıq sosial müavinətin məbləği əhəmiyyətli şəkildə artırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis olunub.

S.Babayev qeyd edib ki, həmçinin son illərdə dövlət başçısının tapşırığı ilə nazirliyin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Bu ildən etibarən nazirliyin ölkəmizin regionlarında da uşaq bərpa mərkəzləri şəbəkəsinin yaradılmasına başlanacaq. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində (hər iki müəssisədə hazırda 344 uşaq tam dövlət təminatında yaşayır) də uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Nazir hazırda 170-dək uşağın yaşadığı müəssisədə sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan reabilitasiya işlərini nəzərdən keçirib.

Burada 12 reabilitasiya otağı fəaliyyət göstərir və onlarda müasir dövrdə prioritet olan yeni reabilitasiya metodları (aktiv terapiya, oyun, ünsiyyət, musiqi, rəqs və s. terapiya növləri) və hər bir uşaqla fərdi inkişaf planı əsasında işlər aparılır. Həmçinin uşaqlar muncuqlarla, plastilinlə və s. müxtəlif əl işləri hazırlayır, rəsmlər çəkir, konstruktor oyunları ilə məşğul olurlar. "Uşaq inkişaf mərkəzi” adlanan xüsusi bir bölmədə isə uşaqların dərk etmə, motor, sosial və emosional bacarıqları inkişaf etdirilir.

Müəssisədəki idman zalında uşaqlar arasında stolüstü oyunlar üzrə yarışları nəzərdən keçirən nazir müəssisənin sakini, Xüsusi Yay Olimpiya Oyunlarında və müxtəlif yarışlarda stolüstü tennis üzrə bacarığı ilə fərqlənərək bir çox medallar qazanmış Həbib Tağıyevlə görüşüb. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqların hazırladığı konsert proqramına da baxış olub.

Paralimpiya İdman Kompleksinə (Sumqayıt şəhəri) gələn nazir burada məşq prosesində olan uşaq paralimpiyaçılarla görüşüb.

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin təşkil edilməsinə, habelə onların beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılmasına nazirlik tərəfindən mütəmadi dəstək göstərilir. Nazirliyin hər il təsdiqlənən müvafiq Proqramında bu məqsədlə ayrıca fəaliyyət istiqaməti əksini tapır.

Paralimpiya İdman Kompleksində paralimpiyaçıların yarışlara hazırlıq prosesi ilə tanış olan S.Babayev burada idmançılarla və bocciaçılarla görüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video