Alternative content

02:29 21 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:50 21.06.2019 Xanım maestro
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məhsul istehsalının 80 faizi özəl sektorun payına düşür
Məhsul istehsalının 80 faizi özəl sektorun payına düşür
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:25 01.06.2019


Bu, ölkədə sahibkarlığın inkişafının göstəricisidir


Danılmaz faktdır ki, həyata keçirilən islahatlar sayəsində qeyri-neft sektorunun inkişaf etməsi ölkədə iqtisadi sabitliyin təminatında mühüm rol oynayır. Qeyri-neft sektoruna aid olan müəssisələrin çoxu isə özəl sektora məxsusdur. Bu həm də o deməkdir ki, yerli sahibkarlar qeyri-neft sektorunun inkişafında xüsusi çəkiyə malikdirlər. Azərbaycanı seçən xarici investorlar da artıq neçə vaxtdır qeyri-neft sektoruna sərmayə qoymağa maraq göstərirlər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətin özəl sektorun inkişafına böyük önəm verdiyini vurğulayaraq demişdir: "Əgər əvvəlki illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyuluşu təmin edilirdisə, hazırda biz bunu qeyri-neft sektorunda görürük və bu da aparılan işlərin nəticəsidir. Çünki Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk. Əlbəttə ki, Azərbaycana sərmayə qoyuluşunun perspektivləri üçün apardığımız islahatlar başlıca rol oynayır. Bildiyiniz kimi, Dünya Bankı "Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi, əminəm ki, bundan sonra da təmin ediləcəkdir”.

Dövlət başçısının da qeyd etdiyi kimi, ölkədə sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılır. İqtisadi islahatlar sayəsində ölkədə investisiya mühiti yaxşılaşdırılır, sahibkarlara çoxsaylı güzəştlər edilir. Dövlət dəstəyi sayəsində maliyyə imkanlarını artıran sahibkarlar mövcud iş yerlərini genişləndirir və ya yeni iş yerləri yaradırlar.

Qeyd edək ki, hazırda ölkə üzrə istehsal olunan məhsulların 80 faizdən çoxu özəl sektorun payına düşür. Bu isə həm də ölkədə sahibkarlıq sinfinin formalaşması deməkdir.

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına bugünədək ölkə üzrə layihələrinin ümumi dəyəri 5 milyard manat olan 35600-dən çox sahibkara 2,3 milyard manat güzəştli kreditlər verilib. Həmin kreditlər hesabına 165 mindən çox yeni iş yeri açılıb. Onu da qeyd edək ki, güzəştli kreditlərin 1 milyard manatı büdcə vəsaiti olmuşsa, 1,3 milyard manatı geri qaytarılan vəsaitlər hesabına təmin edilmişdir. Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75 faizi regionların, 25 faizi Bakı və paytaxt qəsəbələrinin payına düşüb.

Regionlarda sahibkarlıq fəaliyyətinə yeni başlayanların dəstəklənməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Xaçmazda və Yevlaxdakı regional inkişaf mərkəzlərində biznes inkubatorlar yaradılıb. Lazımi şərait və avadanlıqlarla, eləcə də tədris materialları ilə təmin olunmuş biznes inkubatorlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə biznesin sirləri öyrədilir. Hazırda mövcud biznes inkubatorların inkişaf etdirilməsi və yenilərinin yaradılması imkanları araşdırılır.

Sahibkarlığın inkişafı daha çox məhsul istehsalı deməkdir və belə olduqda daxili tələbat ödənildikdən sonra sahibkar üçün məhsul ixracının təmin edilməsi zərurəti yaranır. Dövlət bu işdə də sahibkarlardan dəstəyini əsirgəmir. Hazırda ixracın stimullaşdırılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə 24 ixrac missiyası təşkil olunub, beynəlxalq sərgilərdə "Made in Azerbaijan” vahid ölkə stendləri ilə Azərbaycan ixracatçılarının iştirakı təmin edilib, xarici ölkələrdə ticarət evlərinin yaradılması istiqamətində müvafiq tədbirlər görülüb. Bunun sayəsində Belarusda, Ukraynada, Latviyada, Çində və Polşada ticarət evləri, Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İş Mərkəzi yaradılıb, Çin Xalq Respublikasının Urumçi və Şanxay şəhərlərində Azərbaycan şərab evləri açılıb, Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Polşada ticarət nümayəndələri fəaliyyətə başlayıb, müxtəlif qeyri-neft məhsulları ixracatçılarına ixrac təşviqi ödənilib ki, bu da ölkədə qeyri-neft ixracının artımına təkan verib.

Bunlardan əlavə, sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi kimi lisenziyalar və icazələr sisteminin tənzimlənməsi və inzibati prosedurların sadələşdirilməsi istiqamətində aparılan kompleks tədbirlər nəticəsində lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı 330-dan 86-ya endirilib, yeni verilən və qüvvədə olan müddətli lisenziyalar müddətsiz müəyyən edilib, lisenziyaların verilməsinə görə dövlət rüsumunun məbləğləri təxminən 2, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə salınıb və prosedurlar sadələşdirillib.

İnvestisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun stimullaşdırılması üçün isə sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsinə başlanılıb. Təkcə 2016-2018-ci illər ərzində 292 sahibkarlıq subyektinə 333 investisiya təşviqi sənədi təqdim edilib. Bir sözlə, görülən tədbirlər, aparılan islahatlar, verilən dəstək sayəsində Azərbaycanda özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə, sosial sektorun əsas sahəsinə çevrilib.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM