Alternative content

16:52 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq artisti Polad Bülbüloğlu Rusiyanın “Milli əzəmət” mükafatına layiq görülüb
Xalq artisti Polad Bülbüloğlu Rusiyanın “Milli əzəmət” mükafatına layiq görülüb
ANA SƏHİFƏ / Mədəniyyət
00:02 01.06.2019


Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, məşhur bəstəkar və müğənni Polad Bülbüloğlu Rusiyanın "Milli əzəmət” ictimai mükafatının "Şərəf və ləyaqət” nominasiyası üzrə laureatı adına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mayın 31-də İttifaqlar Evində keçirilən mükafatlandırma mərasimində Rusiyanın və MDB ölkələrinin tanınmış ictimai və mədəniyyət xadimləri, siyasətçilər iştirak ediblər.

Polad Bülbüloğlu mükafatlandırma mərasimində çıxış edərək əməyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu ictimai mükafat Azərbaycan ilə Rusiya arasında mehriban dostluq əlaqələrinin daha bir təzahürüdür. O vurğulayıb ki, xalqlarımız bir ölkədə yaşamış, birlikdə faşizmə qalib gəlmişlər. Səfir deyib: "Ən vacibi odur ki, bu, vətəndaş cəmiyyətinin mükafatıdır. Bu mükafatlar da, dövlət mükafatları kimi, mənim üçün çox dəyərlidir”.

"Milli əzəmət” ictimai mükafatı 2005-ci ildə təsis edilib. Müxtəlif illərdə bu mükata qrossmeyster Anatoli Karpov, bəstəkar Aleksandra Paxmutova, rejissor Eldar Ryazanov və başqaları layiq görülüblər. Bu il mükafat alanlar arasında SSRİ Xalq artisti Vasili Lanovoy, Özbəkistanın Xalq artisti, "Yalla” ansanblının rəhbəri Fərrux Zakirov və başqaları da var idi.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM