31 May 2019 23:57
1965
PARLAMENT
A- A+

Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edəcəklər


Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən 6-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaq.

Bu barədəAZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Deputat iclasda çıxış edəcək, mövzu ilə bağlı fikirlərini səsləndirəcək.

Sahibə Qafarova iyunun 6-dan 8-dək isə Fransanın paytaxtı Parisdə səfərdə olacaq. O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi ilə əlaqədar ölkəmizdə qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edəcək.

X X X

Deputat Elşad Həsənov Avropa Şurası Parlament Assambleyasının Prosedur qaydaları komitəsinin iclasında iştirak etmək üçün iyunun 2-dən 4-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq. O, komitədə qaldırılan məsələlərə münasibətini bildirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video