31 May 2019 23:48
1010
Mədəniyyət
A- A+

Heydər Əliyev Mərkəzində I Autizm Mədəniyyət Festivalı keçirilib


Mayın 31-də Azərbaycanda ilk dəfə autizm sindromlu uşaqların I Autizm Mədəniyyət Festivalı təşkil olunub. Tədbir "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyi, "Birgə və Sağlam" İctimai Birliyi və "Ümid var" xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Festivalda autizmli uşaqlar incəsənətin müxtəlif sahələrində istedadlarını nümayiş etdiriblər, pianoda və xor şəklində mahnılar ifa edərək "Biz də cəmiyyətin ayrılmaz parçasıyıq” mesajını verməyə çalışıblar.

Festivalda iştirak edən Əməkdar artist Tünzalə Ağayeva və başqaları autizmli uşaqların yanında olduqlarını nümayiş etdiriblər.

Tədbirdə çıxış edən "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova uşaqlarda autizm spektr pozuntuları və ölkəmizdə bu istiqamətdə görülən işlər haqqında məlumat verib.

Festivalda autizm sindromlu uşaqlar podiumda model kimi bacarıqlarını da göstəriblər. Onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri köçürülmüş parçadan hazırlanan kolleksiyanı təqdim ediblər. Modelyer-dizayner Zemfira Musayevanın hazırladığı kolleksiyanı podiumda "Birgə və Sağlam" İctimai Birliyinin reabilitasiya mərkəzinin 10 uşağı nümayiş etdirib. Ətrafdakılardan anlayış, sevgi, qayğı və mərhəmət gözləyən uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından moda nümayişi mühüm əhəmiyyət kəsb edib.

Festivala Türkiyədən də istedadlı autizmli uşaqlar qatılıblar. İzmir Autizm Orkestri - İZOT xor qrupu tədbirdə maraqlı proqramla çıxış edib.

Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən autizm sindromlu uşaqların özlərini bizlərdən biri hiss etmələri üçün bəzi nömrələrdə onların normal inkişaf edən həmyaşıdları ilə birlikdə çıxış etmələrinə şərait yaradılıb.

Tədbir çərçivəsində, həmçinin Dövlət Pantomim Teatrının aktyorlarının və cəmiyyətdə tanınan bir sıra peşə sahiblərinin iştirakı ilə "Autizm fərqli və bizdən biri” mövzusunda fləşmob təqdim olunub.

Autizmli uşaqların sosiallaşması, cəmiyyətə inteqrasiya olunması baxımından mühüm əhəmiyyət kəsb edən festival həm də maarifləndirici xarakter daşıyıb. Tədbir ərzində qonaqların "Autizm nədir?" sualına cavab tapmaları üçün qısametrajlı filmlər, sosial çarx, klip göstərilib, bukletlər paylanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video