Alternative content

08:38 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Jalə Əliyeva: Avroliqanın final matçı bir daha sübut etdi ki, Azərbaycan belə yarışların keçirilməsinə hər zaman hazırdır
Jalə Əliyeva: Avroliqanın final matçı bir daha sübut etdi ki, Azərbaycan belə yarışların keçirilməsinə hər zaman hazırdır
ANA SƏHİFƏ / İDMAN
16:26 31.05.2019

Paytaxtımız on minlərlə futbol azarkeşini qəbul etdi. Bu fakt bir daha özünü təsdiqlədi ki, Azərbaycan regionun inkişaf etmiş sabit ölkəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib.

Deputat qeyd edib ki, dünya ictimaiyyəti gördü ki, Azərbaycan tolerant və hüquqların qorunduğu bir ölkədir. Hər dəfə olduğu kimi, bu dəfə də ölkəmizin əleyhinə qarayaxma kampaniyaları təşkil edildi. Bu, erməni lobbisinin Azərbaycana qarşı apardığı informasiya müharibəsidir. Erməni dəyirmanına su tökən qüvvələrin bu cür gülünc əməlləri artıq adi hal alıb. Azərbaycan əleyhinə səsləndirlən belə yalan fikirlərə dünya ictimaiyyəti də əhəmiyyət vermir. Bütün bunları həm də UEFA Avropa Liqasının final oyununa on minlərlə azarkeşin gəlməsi sübut etdi.

Deputat əlavə edib ki, final matçı yüksək səviyyədə təşkil olundu və ölkəmizə gələn qonaqlar da razı qaldılar. Bu, bir daha sübut etdi ki, Azərbaycan belə yarışların keçirilməsinə hər zaman hazırdır.

Jalə Əliyeva qeyd edib ki, ölkəmizin inkişafını gözü götürməyənlər çirkin kampaniyalarla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycanda iqtidar ilə xalq arasında monolit birlik var. Bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti Azərbaycan xalqı dəstəkləyir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM