Alternative content

08:36 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin yaz sessiyası başa çatdı
Milli Məclisin yaz sessiyası başa çatdı
ANA SƏHİFƏ / PARLAMENT
13:58 31.05.2019


Sonuncu iclasda 2018-ci ilin dövlət büdcəsinin icrası müzakirə olundu

Milli Məclisin mayın 31-də keçirilən növbəti plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirə edildi.

Əvvəlcə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə və ötən ilin makroiqitsadi göstəriciləri barədə məlumat verdi. Qeyd etdi ki, 2018-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında ən yaddaqalan illərdən olub. Ötən il Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyi qeyd edilib. Bu münasibətlə keçirilən tədbirdə dövlət başçısı İlham Əliyev ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan danışaraq deyib ki, öz potensial imkanlarından daha səmərəli istifadə edən Azərbaycan dünyanın dinamik inkişaf edən nüfuzlu dövlətlərindən birinə çevrilib. Bu baxımdan 2018-ci ilin uğurları təqdirəlayiqdir.

Komitə sədri qeyd edib ki, ötən il əhalinin adambaşına düşən gəlirləri 8,2 faiz, inflyasiya təkrəqəmli olub, manatın məzənnəsi sabit qalıb. Enerji daşıyıcılarının qiymətlərindəki pozitiv dinamika xarici ticarət balansının müsbət nəticələnməsinə səbəb olub. 2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 30,9 faiz artaraq, 31,8 milyard dollar təşkil edib. Tədiyə balansında 20,3 milyard manatlıq müsbət saldo yaranıb. Burada qeyri-neft əmtəə ixracının 9,8 faiz artmasını xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb. Valyuta ehtiyatlarımız ötən il 44,5 milyard manat təşkil edib. Bu göstərici xarici dövlət borcundan 5 dəfə çox olmaqla 4 ildən artıq bir dövr üzrə mal və xidmətlərin idxalına bərabərdir.

Qeyd edək ki, təqdim olunmuş hesabata əsasən, 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 149 milyon manat proqnoza qarşı 22 milyard 508,9 milyon manat və ya 101,6 faiz təşkil etmişdir. Bu da 2017-ci illə müqayisədə 36,3 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 32,9 faizi Vergilər Nazirliyinin, 15,3 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 48,7 faizi Dövlət Neft Fondundan transfertlərin, 3,1 faizi digər gəlirlərin payına düşür. Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 2018-ci ildə 28,2 faiz təşkil etmişdir ki, bu da 2017-ci illə müqayisədə 4,7 faiz çoxdur.

Xərclərə gəldikdə, 2018-ci ildə ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və infrastruktur layihələrinin reallaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi, dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, kənd təsərrüfatının stimullaşdırılması, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi və digər zəruri dövlət tədbirlərinin icrası üçün maliyyə təminatının yaradılması diqqətdə saxlanılıb.

Ötən il dövlət büdcəsinin xərcləri 23 milyard 100 milyon manat proqnoza qarşı 22 milyard 731,6 milyon manat və ya 98,4 faiz icra edilib. Bu da 2017-ci ilə nisbətən 29,2 faiz çoxdur. 2018-ci il üçün dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 28,5 faiz təşkil etmişdir. Bu, 2017-ci ilə nisbətən 3,4 faiz çoxdur. Strukturuna görə 2018-ci il dövlət büdcəsi xərclərinin 50,8 faizi cari xərclərə (2017-ci illə müqayisədə 5,9 faiz çox), 39,4 faizi əsaslı xərclərə (2017-ci illə müqayisədə 1,7 dəfə çox), 9,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Ötən il büdcə xərclərinin 31,7 faizi sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2017-ci ildə olduğundan 7,6 faiz çoxdur.

2018-ci il icmal büdcənin gəlirləri 28 milyard 124,6 milyon manat proqnoza qarşı icra 30 milyard 924,7 milyon manat və 110 faiz (2017-ci ilə nisbətən 28,4 faiz çox) olub. Xərcləri isə 26 milyard 575,2 milyon manat proqnoza qarşı icra 26 milyard 456,9 milyon manat və 99,6 faiz (2017-ci ilə nisbətən 5,1 faiz çox) təşkil edib.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2018-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyini diqqətə çatdırdı. Qeyd etdi ki, respublikamızın ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngin bir il kimi yadda qalan 2018-ci il Azərbaycan Respublikasının iqtisadiyyatı üçün də uğurlu olmuşdur. Belə ki, son illər qlobal müstəvidə iqtisadi amillərin dəyişkənliyi, bu amillərin siyasi meyillər qarşısında həssaslığı makroiqtisadi mühitin davranışından çox sıx asılı olan büdcə layihələndirilməsi və onun icrasında, ümumilikdə dövlət maliyyəsinin idarəedilməsində bir sıra dövlətlərə problemlər yaratmışdır. Ölkəmizdə isə 2018-ci ilin dövlət büdcəsi yüksək artım tempi və icra səviyyəsi ilə xarakterizə olunur.

Vüqar Gülməmmədovun sözlərinə görə, ötən il münbit makroiqtisadi meyillər dövlət büdcəsinin müvəffəqiyyətli icrasına da real şərait formalaşdırmışdır. Belə ki, dövlət büdcəsinin gəlir və xərclərinin icrası son 7 ildə ən yüksək artım tempini nümayiş etdirmiş, eyni zamanda, icra səviyyəsi də son illərin meylini davam etdirməklə yüksək olmuşdur.

Ötən ilin dövlət büdcəsinin ayrı-ayrı göstəriciləri barədə ətraflı danışan Vüqar Gülməmmədov rəyin Hesablama Palatasının kollegiyasında müzakirə edilərək təsdiq olunduğunu, qanunvericiliyin tələblərinə uyğun müddətlərdə təqdim edildiyini bildirərək müzakirələr zamanı rəydə əks etdirilmiş mövqe və tövsiyələrin nəzərə alınmasını xahiş etdi.

Müzakirələr zamanı Milli Məclis Sədrinin müavini Bahar Muradova, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Fərəc Quliyev, Elman Nəsirov, Əli Məsimli, Fazil Mustafa, Vahid Əhmədov, Tahir Mirkişili, Qüdrət Həsənquliyev, Azay Quliyev, Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Elmira Axundova, Aydın Hüseynov, Aydın Mirzəzadə layihə ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər.

Çıxışlarda Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olmasına da münasibət bildirən deputatlar bu hadisəni sərt pislədilər, parlamet səviyyəsində etiraz olunmasını təklif etdilər. Deputat Aydın Mirzəzadənin sözlərinə görə, belə bir təsəvvür yaranır ki, ya Ermənistanın baş naziri Paşinyan ikiüzlülük edir, diplomatik danışıqlar aparır, gizlində isə silahlı qüvvələrə Azərbaycana qarşı belə çirkin addımlar atmağa tapşırıq verir, ya da o, silahlı qüvvələrə nəzarət etmir. Deputat qeyd etdi ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regionda səfərdə olduğu bir vaxtda belə bir addım Ermənistanın qeyri-konstruktivliyindən xəbər verir.

Məsələyə münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, bu barədə beynəlxalq təşkilatlara məlumat çatdırılıb. Azərbaycan Xarici İşlər Nazirliyi bu istiqamətdə işlər aparır. Azərbaycan Milli Məclisinin beynəlxalq təşkilatlardakı nümayəndələrinə tapşırılıb ki, bu məsələni yüksək səviyyədə qaldırsınlar.

Müzakirələrin yekununda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Spiker Oqtay Əsədov növbədənkənar sessiyanın keçiriləcəyini bildirərək Milli Məclisin 2019-cu il yaz sessiyasının başa çatdığını elan etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Rəşad CƏFƏRLİ,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM