31 May 2019 12:18
570
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri “Breyn-rinq” intellektual bilik yarışının qalibləri ilə görüşüb


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müxtəlif qurumların komandaları arasında keçirilən "Breyn-rinq” intellektual bilik yarışının qalibi olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşlarından ibarət komandanın üzvləri ilə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə keçirilən yarışda ayrı-ayrı qurumlardan 17 komanda iştirak edib. "Xəmsə” formatında üç mərhələdən ibarət yarışda 4 komanda finala vəsiqə qazanıb. Final mərhələsində yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən ƏƏSMN komandası sualları düzgün cavablandırmaqla 1-ci yeri qazanaraq yarışın qalibi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir

S.Babayev zəngin biliyə və dünyagörüşə malik olmağın hər bir dövlət qulluqçusu üçün mühüm və təqdirəlayiq keyfiyyətlərdən olduğunu, yüksək intellekt səviyyəsinə malik əməkdaşların səmərəli fəaliyyətləri ilə də seçildiklərini qeyd edib.

Nazir komandanın üzvlərini - Elşad Əliyev (ƏƏSMN-nin sektor müdiri), Ozal Möhtəbərli (ƏƏSMN-nin sektor müdiri), Ruslan Mirzəliyev (ƏƏSMN tabeliyində DOST Agentliyinin şöbə müdiri), Fərid Mirzəyev (ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məsləhətçisi) və Pərvinə Yusifovanı (Nizami rayon Məşğulluq Mərkəzinin sektor müdiri) bilik yarışında qazandıqları qələbə münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video