31 May 2019 10:03
605
CƏMİYYƏT
A- A+

Zaqatalalılar dövlətçiliyə sadiqdirlər


Zaqatala rayonunda 28 may - Respublika Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Azərbaycanın dahi oğluna öz ehtiramlarını bildirmişlər.

Sonra Heydər Əliyev Mərkəzində tədbir iştirakçıları cumhuriyyətin 101 illiyinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər. Konfransdan əvvəl Respublika gününə həsr olunmuş film nümayiş etdirilimiş, daha sonra "Şərəfli və şanlı tarix” mövzusunda rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun məruzəsi dinlənilmişdir.

Tədbirdə çıxış edən natiqlər keçmişə nəzər salmış, Xalq Cumhuriyyətinin yaranma tarixindən, mövcud olduqları 23 ay ərzində gördüyü işlərdən, qəbul etdiyi tale əhəmiyyətli qərarlardan, yürütdüyü siyasətdən bəhs etmişlər. Natiqlər dövlət quruculuğundan, habelə o dövrki Azərbaycan cəmiyyətinin maarifləndirilməsində atdığı addımlardan danışmış, Azərbaycan Xalq Cumhuriyyətinin həmin cətin dövrlərdə bu cür nailiyyətlər əldə etməsini əsl qəhrəmanlıq kimi qiymətləndirmişlər.

Axşam Heydər Parkında rayonun incəsənət ustalarının iştrakı ilə geniş bayram konserti təşkil olunmuşdur.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video