31 May 2019 00:41
573
İQTİSADİYYAT
A- A+

Gün ərzində 100-110 hektar taxıl sahəsinin məhsulu yığılır


Biləsuvarda fərdi fermer təsərrüfatlarında taxıl biçininə başlanılıb və qısa müddətdə 1449 hektarda biçin aparılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 30 sentnerə çatır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ilin payızında cari ilin məhsulu üçün 29 min 638 hektar sahədə taxıl əkilib. Bunun 14 min 185 hektarı arpa, 15 min 452 hektarı isə buğdadır. Ötən il hər hektar taxıl sahəsindən 28 sentner məhsul götürən torpaq mülkiyyətçiləri bu il bu nəticəni artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Nəticədə taxıl sahələrində bol məhsul yetişib. Bir neçə gündür ki, zəmilərdə yetişmiş məhsulun yığımına başlanılıb. Biçin ilk olaraq arpa sahələrində aparılır. Rayonda yığım kampaniyasını vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, əsas diqqət məhsulun itkisiz yığılmasına yönəldilib.

Bu məqsədlə sahələrə 52-yə yaxın kombayn çıxarılıb, 150-dən çox maşın və mexanizm işə cəlb olunub. Hər gün 100-110 hektar arpa sahəsinin məhsulu yığılır. Mütəxəssislərin fikrincə, bu il rayonda təxminən 90 min ton məhsul istehsal etmək mümkün olacaq.

Qeyd edək ki, ötən il rayonda 83 min ton taxıl yığılıb və hər hektarın məhsuldarlığı 28 sentner olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video