Alternative content

01:50 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Çelsi”-“Arsenal”: Britaniya KİV-ləri niyə finalda “uduzdular”?
“Çelsi”-“Arsenal”: Britaniya KİV-ləri niyə finalda “uduzdular”?
ANA SƏHİFƏ / İDMAN
21:17 30.05.2019

Bəzi mətbu nəşrlərin Bakını ləkələmək cəhdlərinə baxmayaraq, Avropa Liqasının mükafatı uğrunda oyun baş tutdu

Mayın 30-da Rusiyanın tanınmış "News.ru” portalında Kirill Snastinin "Çelsi”-"Arsenal”: Britaniya KİV-ləri niyə finalda "uduzdular”? sərlövhəli məqaləsi dərc edilib. Müəllif Azərbaycan paytaxtının "Avrokubok finalının təşkilinin öhdəsindən layiqincə gəlməsindən, Londonun iki komandasının azarkeşlərə necə maraqlı oyun bəxş etməsindən” yazır.AZƏRTAChəmin məqaləni təqdim edir.

Х Х Х

Güzgüyə qəzəblənməyə dəyərmi?

Avropa Liqası finalının "Çelsi”-"Arsenal” London derbisi ərəfəsində La-Manşın digər tərəfində belə mühüm qarşılaşmanın keçirilməsi üçün Azərbaycan paytaxtını seçən Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) ünvanına hücum xarakterli əsl informasiya kampaniyası başladı. Britaniya KİV-lərində ən müxtəlif bəhanələr gətirirdilər. Məsələn, başlanğıc üçün "Arsenal” və Ermənistan yığmasının forvardı Henrix Mxitaryanın təhlükəsizlik mülahizələri baxımından Bakıya uçmaqdan imtina etməsi mövzusunu çeynədilər.

Əslində bu qərar birmənalı deyildi. Məsələn, vaxtilə tanınmış sovet və Ukrayna futbolçusu Oleq Bloxin Mxitaryanın Avrokubokun finalında iştirakdan könüllü imtinasını səfehlik adlandırmışdı. Elə görüşün yekun nəticəsi – "Çelsi”nin 4:1 hesabı ilə böyük qələbəsi ona işarə edir ki, məhsuldar erməni hücumçusunun meydanda olması "Arsenal”a daha ləyaqətlə oynamağa kömək edərdi. Lakin bu, elə həmin haldır ki, futbolçunun hər bir qərarına hörmətlə yanaşılmalı və bu, qəbul edilməlidir. Çünki bu, heç kimin deyil, yalnız onun seçimidir.

Yeri gəlmişkən, oyun günü Bakıda yerli polis tərəfindən saxlanılan əyinlərindəki köynəklərində Mxitaryanın soyadı yazılmış İndoneziyadan olan azarkeşlərlə bağlı İnternetdə yayılan video çoxsaylı baxış topladı. Lakin burada da bəzi bədxah nəşrlər nəyəsə ilişə bilmədilər. Çünki ekzotik fanatlar sakitcə tutuldular, eləcə də buraxıldılar. Heç bir asayiş pozuntusu baş vermədi.

Bunun ardınca çərşənbə günü Azərbaycan paytaxtından azarkeşlərin dalaşması barədə daha bir qaynar xəbər gəldi. Lakin Britaniyanın yenə də güzgüyə baxıb qəzəblənməkdən başqa çarəsi qalmadı... Güzgüdə nə gördüyü aydındır. Axı ingiltərəli azarkeşlər öz aralarında dalaşmışdılar. Yəqin ki, onların öz aralarındakı münasibətləri aydınlaşdırmaqları yumruqsuz ötüşməyəcəkdi. Hətta onları başqa planetə və ya qonşu qalaktikaya atsalar belə.

Logistika çətinlikləri ilə bağlı Bakının ünvanına atılan tənqidi oxlar az olmadı. Guya Londondan Xəzər dənizinin sahillərinə birbaşa aviareyslər minimumdur, minik dəyişmələrlə uçmaq isə uzunmüddətli və bahadır. Hətta belə bir rəqəm də göstərilib: nəticədə 6 min bilet satılmayıb və ya geri qaytarılıb – London klublarının azarkeşləri adıçəkilən yol problemləri səbəbindən Bakıya səyahətdən imtina etməyə məcbur olublar.

Çeferindən tərif

Avropa Liqasının final oyunu zamanı Bakı Olimpiya Stadionunun yarıboş tribunalarını görməyi kimi təəssüflə, kimi də bədxahlıqla gözləyirdi. Obyektiv desək, hətta televiziya kadrlarından aşkar görünürdü ki, tribunada bütün yerlər tutulmayıb. Lakin statistik göstəricilər vardır ki, onlara qarşı etiraz edə bilməzsən. Bu rəqəmlər Bakı finalında tamaşaçı auditoriyasının 51370 nəfər təşkil etdiyini göstərir. Bu, turnir tarixində mükafat uğrunda həlledici matçı izləyən tamaşaçıların sayına görə üçüncü göstəricidir. Rekord sayda tamaşaçı (55768 nəfər) bir il bundan əvvəl Fransanın Lion şəhərinin arenasında Marselin "Olimpik” komandası ilə Madridin "Atletiko” komandası arasında keçirilən matçda toplaşıb. Göründüyü kimi fərq çox azdır. Buna görə Azərbaycan paytaxtındakı finalın təşkilatçıları fəxr edə bilərlər.

Düzdür, London derbisini canlı izləyən bir çox azarkeşlər sosial şəbəkələrdə tribunanın meydandan uzaq olmasının tamaşa etməyə əngəl yaratmasından gileylənirdilər. Axı Bakı Stadionunda azarkeşlər üçün olan sektorlar qazondan qaçış cığırları ilə ayrılıb. Əvvəllər tanınmış ingiltərəli futbolçu, hazırda teleekspert Qari Lineker də özünün "Twitter” səhifəsində bu mövzunu yaddan çıxarmayıb. O yazıb ki, "siz stadionda öz yerinizi tutandan sonra başa düşürsünüz ki, evdən çıxan andakı ilə müqayisədə indi meydana çox da yaxınlaşmamısınız”.

Mübahisə etməyəcəyik: meydanın dövrəsində yüngül atletika cığırları olan arenalar müasir xalis futbol stadionları dövründə əksər hallarda anaxronizm kimi görünür. Lakin birincisi, tamaşaçılar buna bənzər çatışmazlıqla təkcə Azərbaycan paytaxtında qarşılaşmır. İndiyədək Avropada, xüsusən də futbol baxımından inkişaf etməyən ölkələrdə belə universal arenalar çoxdur. İkincisi, hətta bu konstruksiya çatışmazlığı heç bir yolla Bakıda Avropanın 11 digər şəhəri ilə bir sırada "Avro-2020”nin bir neçə oyununu keçirməyə əsla təsir göstərmir.

Ümumiyyətlə, UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Liqasının finalına hazırlıq dövründə təşkilatçıların gördüyü işi müsbət qiymətləndirib.

UEFA rəhbəri deyib: "Bakıda hər şey ideal təşkil olunub və şəhər turnirin finalına hazırdır. Hər şey əladır. Düzünü desəm, mən narazılıqları başa düşmürəm və heç bir çətinlik görmürəm. Əlbəttə, azarkeşlərə bilet alıb Londonda və Romada otellərdə qabaqcadan yer tutmaq daha asandır, nəinki Bakıda və yaxud Bilbaoda. Lakin bu, o demək deyil ki, biz bu şəhərlərdə matçlar keçirməməliyik”.

Azarın dublu, Çexin kədəri və 60 yaşında ilk mükafat

Komandalar birinci hissəni necə deyərlər, əli-qolu bağlı keçirdilər və hesab açılmadı. Ancaq ikinci hissə hər zövqə uyğun qol atəşfəşanlığı ilə qeyd olundu. "Arsenal”ın pərəstişkarlarını təəssüfləndirən o oldu ki, həmin axşam meydanda ab-hava yaradan Pyer-Emerik Obameyanq-Aleksandr Lyakazett cütlüyü olmadı. "Çelsi”nin əsas ulduzu Eden Azar ön plana çıxdı: belçikalı Madridin "Real” klubuna keçməzdən əvvəl iki dubl yerinə yetirməklə komanda yoldaşları ilə vidalaşdı. Azara Pedro Rodriges çox yaxşı kömək edirdi. Bu görüşdə Maurisio Sarrinin yetirmələrinin ikinci ən mühüm qolunu o vurdu.

"Arsenal”ın qapısına vurulun daha bir topun müəllifi Olivye Jiru oldu. "Arsenal”ın keçmiş hücumçusu "Çelsi”nin keçmiş qapıçısı Peter Çexə qol vurub – intriqaya bax! Final fitindən sonra çexiyalı qapıçıya özünün məşhur dəbilqəsində baxmaq çox acınacaqlı idi. Axı o, mövsümün sonunda karyerasının başa çatdığı barədə elan etmişdi. Yəqin ki, o, böyük futboldan bu cür kədərli notlarla ayrılmağı ağlına gətirmirdi...

Futbol belədir: Çex və "Arsenal”ın azarkeşləri bu axşam kədərlənməli oldular, lakin "Çelsi”nin düşərgəsində əsl şadyanalıq idi. "Çelsi” ikinci dəfə idi ki, (birinci dəfə 2013-cü ildə) Avropa Liqasında qalib gəlirdi. İtaliyalı mütəxəssis isə 60 yaşında məşqçi karyerasında ilk mükafatını qazanırdı. Futbolda belə hallar da olur.

Şübhəsiz deyə bilərik ki, Avropa Liqasının Bakıda keçirilən finalı 100 faiz baş tutdu və futbol tarixinə növbəti parlaq səhifə kimi daxil oldu.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM