30 May 2019 17:53
2084
PARLAMENT
A- A+

ABŞ Konqresinin əməkdaşları Milli Məclisdə olublar


Mayın 30-da Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə ABŞ Konqresinin ölkəmizdə səfərdə olan əməkdaşlarının görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Endryu Hudson, Devin Viser, Karson Middlton, Ryan Etington, Sara Miller, Sara Matar, Kennet Depyu, Jess von Stein iştirak ediblər.

Əvvəlcə qonaqlar parlamentin binası ilə tanış olublar, iclas salonunda Milli Məclisin plenar iclasının gedişini izləyiblər.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov qonaqlara Azərbaycan parlamentinin strukturu və tərkibi barədə məlumat verib.

Söhbət zamanı Azərbaycanda təhlükəsizlik məsələləri və Avroliqanın Bakıda keçirilmiş final oyunu diqqət mərkəzində olub. Yarışın yüksək səviyyədə təşkil edildiyi vurğulanıb. Dilindən, dinindən, siyasi baxışlarından asılı olmayaraq, ölkəmizə gələn istənilən turistin burada azad və rahat şəkildə gəzib-dolandığı qeyd edilib. "Arsenal”ın futbolçusu Mxitaryanla bağlı ermənilərin apardığı çirkin təbliğatın puça çıxdığı bildirilib. ABŞ Konqresi əməkdaşlarının nəzərinə çatdırılıb ki, ermənilər idmanı da siyasi alətə çevirməyə çalışırlar.

Qonaqlara Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışan deputatlar Səməd Seyidov, Sevinc Fətəliyeva, Asim Mollazadə, Nəsib Məhəməliyev vurğulayıblar ki, Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu işğal etmiş Ermənistan həmin ərazilərdə etnik təmizləmə aparıb. Son 30 ildə işğalçılıq siyasəti yürüdən və soydaşlarımıza qarşı amansız cinayətlər törədən Ermənistan rəhbərliyi Azərbaycan torpaqlarını qaytarmaq niyyətində deyil. Ona görə də münaqişənin sülh yolu ilə həllinə imkan vermir, status-kvonu saxlamağa çalışır. Bu münaqişənin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin de-fakto təmin olunmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın dəstəyinə ciddi ehtiyac var.

Görüş zamanı Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı qonaqları maraqlandıran suallara cavab veriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video