Alternative content

16:38 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fənn olimpiadalarında qızıl medal qazanan xaçmazlı məktəbli hüquqşünas olmaq arzusundadır
Fənn olimpiadalarında qızıl medal qazanan xaçmazlı məktəbli hüquqşünas olmaq arzusundadır
ANA SƏHİFƏ / Təhsil
15:07 30.05.2019

Respublika fənn olimpiadalarının final mərhələsində uğurla çıxış edərək qızıl medala layiq görülən xaçmazlı məktəbli Ceyhun Əsədov hüquqşünas olmaq arzusundadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qımılqışlaq kənd tam orta məktəbinin XI sinif şagirdi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə keçirilən müsabiqədə qızıl medal alan 4 məktəblidən biridir.

Qaydalara əsasən olimpiada qalibləri ali məktəbə imtahansız qəbul ola bilər. Ceyhun Əsədov qəbul imtahanlarında topladığı bala əsasən seçim edəcək. Buraxılış və qəbul imtahanlarının ilk mərhələsində 600-ə yaxın bal toplayan məktəbli təhsilini hüquq ixtisası üzrə davam etdirmək istəyir.

"Keçən il də final mərhələsinə düşə bilmişdim. Amma medal qazanmamışdım. Bu il daha ciddi hazırlaşdım və məqsədimə nail oldum. Müəllimlərimin və valideynlərimin mənə olan ümidlərini doğrultduğum üçün çox şadam”, - deyə o, bildirib.

Ceyhun Əsədov builki fənn olimpiadalarında şimal bölgəsi üzrə qızıl medala layiq görülən yeganə şagirddir.

Builki respublika fənn olimpiadalarında 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla, ümumilikdə, 274 nəfər qalib elan edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM