Alternative content

09:58 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESCO-da Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ilə bağlı məlumat sessiyası təşkil edilib
UNESCO-da Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ilə bağlı məlumat sessiyası təşkil edilib
ANA SƏHİFƏ / Mədəniyyət
15:01 30.05.2019

Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə UNESCO baş qərargahında cari il iyunun 30-dan iyulun 10-dək Bakıda təşkil ediləcək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı məlumat sessiyası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ə.Qarayev çıxış edərək Komitədə müzakirəsi gözlənilən məsələlər barədə məlumat verib. Ə.Qarayev, həmçinin Azərbaycanın ev sahibi ölkə kimi bu tədbirə xüsusi önəm verdiyini, sessiyanın təşkili ilə bağlı ölkə prezidenti tərəfindən Təşkilat Komitəsinin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra tədbirin Əməliyyat qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə sessiyaya və onun çərçivəsində keçiriləcək tədbirlərə hazırlığın vəziyyəti barədə təqdimatla çıxış edib və ölkəmizin mədəniyyəti və inkişafı ilə bağlı film nümayiş etdirilib.

Qeyd edilib ki, Azərbaycan iyunun 23-dən iyulun 1-dək Gənc Peşəkarlar Forumunun, iyunun 26-dan iyulun 4-dək Abidə Menecerləri Forumunun və nəhayət iyunun 30-dan iyulun 10-dək Komitənin 43-cü sessiyasının keçirilməsinə tam hazırdır.

Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler Azərbaycan tərəfinə təşəkkürünü bildirərək Komitənin 43-cü sessiyasının gündəliyi, müzakirə olunacaq nominasiya sənədləri, büdcə və prosedur qaydalar ilə bağlı yeniliklər və s.barədə çıxış edib.

Sonda Komitə üzvlərinin sualları cavablandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM