Alternative content

08:42 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
19:08 19.09.2019 Dadı acı olsa da...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin növbəti plenar iclası keçirilib
Milli Məclisin növbəti plenar iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
12:47 30.05.2019

Mayın 30-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin Sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

İclasda əvvəlcə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qeyd edilib ki, təklif edilən dəyişikliklər "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və "Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1336-VQD nömrəli Qanununun icrası ilə əlaqədardır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə "İcra haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Banklar haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İnvestisiya fondları haqqında” və "Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. "İcra haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Banklar haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İnvestisiya fondları haqqında” və "Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Bildirilib ki, dəyişiklik "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1295-VQD nömrəli Qanununun icrası ilə əlaqədar təklif edilir. Həmin qanuna əsasən "Cəmiyyətin (səhmdar cəmiyyətin) icra orqanı üzvlərinin şəxsi marağı ilə cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən, habelə bu məcəllənin 49-1.6-cı maddəsində nəzərdə tutulmuş hallarda cəmiyyətin icra orqanının rəhbəri və ya digər üzvləri müvafiq məlumatı cəmiyyətin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidirlər”. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanılması, müvafiq olaraq, Mülki Məcəllə, "Banklar haqqında” və "Sığorta fəaliyyəti haqqında” qanunları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, müvafiq idarəetmə orqanının qərarı əsasında həyata keçirilə bilər. Habelə məcəllənin 60-cı maddəsinə edilən dəyişikliyə əsasən "hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir”. Qanun layihəsi səsvermə yolu ilə təsdiq olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, bu saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksəksəviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcək. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi təqdim olunub. Qeyd edilib ki, saziş 2019-cu il aprelin 7-də Ər-Riyad şəhərində imzalanıb. Bu saziş ölkələrimiz arasında hüquqi bazanın genişləndirilməsinə xidmət edir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

"Terrorçuluğa qarşı mübarizə haqqında” və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirib ki, dəyişikliklər qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanıb. Layihə ilə "Terrorçuluğun maliyyələşdirilməsi” anlayışı beynəlxalq konvensiyaların tələbləri nəzərə alınaraq genişləndirilir. Qanun layihəsi səsvermə yolu ilə qəbul olunub.

"Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində dəyişiklik "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1174-VKQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar təklif edilir. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 83.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir. Sənəd səsə qoyularaq təsdiq edilib.

"Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Əli Hüseynli deyib ki, təklif edilən dəyişiklik "Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1268-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədardır.

Komitə sədri Ziyad Səmədzadə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara bu qanunun şamil edilməməsini nəzərdə tutur. Tikintiyə nəzarətin özünəməxsusluğunu, bu sahədə mütərəqqi qanunvericiliyinin formalaşmasını əsas tutaraq, tikintiyə dövlət nəzarəti ilə bağlı normalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində və digər müvafiq normativ hüquqi aktlarla müəyyən edilib.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Ziyad Səmədzadə qeyd edib ki, qanun layihəsi yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Komitə sədri Ziyad Səmədzadə "Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, təklif olunan dəyişiklik "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır. Qeyd olunan Qanuna əsasən dövlət büdcəsi zərfinə daxil olan sənədlərin və məlumatların dairəsinin genişləndirilməsi nəzərdə tutulur ki, bu məlumatların biri də Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar barədə məlumatlardır. Bu isə azadolma və güzəştlərin həcmi, effektivliyi, onun məbləği barədə qiymətləndirmələrə imkan verəcək. Sənəd ikinci oxunuşda səsə qoyularaq təsdiq edilib.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi "Büdcə sistemi haqqında” və "Dövlət borcu haqqında” qanunlara uyğunlaşdırma məqsədi daşıyır. Həmin qanunlarla dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün "Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq yaradılan məqsədli büdcə fondunun adı "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu” kimi müəyyən olunub. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq təsdiq edilib.

Sonra ikinci oxunuşda "Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq təsdiq olunub.

Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qeyd edilib ki, dəyişikliklər əməyin mühafizəsi ilə bağlı aparılan islahatlar çərçivəsində əməyin mühafizəsinə yönələn maliyyə vəsaitlərinin mənbələrinin dəqiqləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında 221-ci maddənin təkmilləşdirilməsi məqsədini daşıyır. Sənəd ikinci oxunuşda səsə qoyularaq qəbul olunub.

İclasda, həmçinin "Yol hərəkəti haqqında”, "Milli arxiv fondu haqqında”, "Avtomobil yolları haqqında” və "Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda müzakirə olunub. Qanun layihələri ikinci oxunuşda səsvermə yolu ilə qəbul edilib.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Bildirilib ki, qanun layihəsi "Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb.

"Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, "Dövlət rüsumu haqqında”, "Baytarlıq haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, qanun layihəsi dəqiqləşdirmə xarakteri daşıyır. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Komitə sədri Əli Hüseynli Vergi Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, "Büdcə sistemi haqqında”, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, "Banklar haqqında”, "Mühasibat uçotu haqqında” və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini birinci oxunuşda təqdim edib. Qeyd edib ki, qanun layihələri "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İclasda Miqrasiya Məcəlləsində, "Dövlət rüsumu haqqında”, "Kredit ittifaqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirə olunub. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

"Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Bildirilib ki, təklif olunan dəyişiklik əsasən tibb müəssisələrinin akkreditasiyası ilə bağlıdır və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi daşıyır.

Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi birinci oxunuşda təqdim edilib. Qeyd olunub ki, təklif edilən dəyişikliyə əsasən rayon (şəhər) məhkəmələrinin inzibati xətalar haqqında baxdığı işlərin dairəsinə 393-1.2-ci maddə də əlavə edilir. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, dəyişiklik "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar təklif edilir. Qanun layihəsi səsvermə yolu isə təsdiq olunub.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM