30 May 2019 12:18
602
İQTİSADİYYAT
A- A+

Bakıda “Monex Summit” işə başlayıb


"İnnovasiya Festivalı” çərçivəsində mayın 30-da Bakıda "Monex Summit” keçirilir.
Sammitin media tərəfdaşı AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə tədbirin Azərbaycanda innovasiya və maliyyə texnologiyaları, eləcə də ödəniş, təhlükəsizlik, data və digər sahələrdə yeniliklərin müzakirəsi üçün məhsuldar olacağına əminliyini bildirib.

"Hazırda Azərbaycan innovativ inkişaf mərhələsindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar aparılır, iqtisadiyyat liberallaşdırılır, innovasiya fəaliyyətinin genişləndirilməsi istiqamətində böyük addımlar atılır”, - deyə nazir qeyd edib.

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova isə sammitin əhəmiyyətindən danışıb.

İyunun 1-dək davam edəcək sammitin əsas tərəfdaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası, "Synergy Partnership” şirkəti, "FA International Trade Events" şirkəti və Azərbaycanda Amerika Ticarət Palatasıdır.

Tədbirdə "fintech” və bank sektorunun ən mühüm liderləri bir araya gəlib, 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq natiq və 50-dək ölkədən nümayəndə iştirak edir.

Sammitdə "fintech” liderlər, "C-level” təmsilçilər, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlər təcrübə mübadiləsi aparacaqlar. İştirakçılar ödəniş, təhlükəsizlik, data və informasiya texnologiyaları üzrə qlobal şirkətlərin rəhbərləri ilə görüş, panel müzakirələrdə iştirak, "B2B” görüşlər, startapçılar üçün real sərmayə və potensial müştərilərlə əməkdaşlıq imkanı əldə edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video