30 May 2019 03:23
553
İQTİSADİYYAT
A- A+

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq edib


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom” şirkətinin iştirakı ilə icra edilən və Transxəzər magistralı layihəsi üzrə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutan dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən təsdiq edilib.

Martın 19-da imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş bu ilin aprel ayında Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilib. Mayın 17-də isə sözügedən saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq olunub.

Sənədə əsasən, Transxəzər magistralının çəkilişi Azərbaycan tərəfdən "Bakcell” şirkətinin törəmə müəssisəsi olan "AzerTelecom” şirkəti, Qazaxıstan tərəfdən isə bu ölkənin telekommunikasiya operatorları olan "Transtelecom” və "KazTransCom” şirkətləri tərəfindən icra ediləcək. Bu məqsədlə iki ölkəni təmsil edən şirkətlər arasında ümumi uzunluğu 380-400 kilometr olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı artıq konsorsium təsis edilib, birgə İşçi qrupu yaradılıb və tikinti üzrə müştərək müqavilə də imzalanıb.

"AzerTelecom” şirkətinin "Azerbaijan Digital HUB” proqramı çərçivəsində icra edilən Transxəzər magistralı layihəsi Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılmasını nəzərdə tutur. Layihənin məqsədi Azərbaycan-Qazaxıstan marşrutu üzrə Avropadan Çinə qədər Azərbaycan və Qazaxıstandan keçəcək rəqəmsal dəhlizin yaradılması və beləliklə də, Orta Asiya və Çinə internet trafikinin ötürülməsidir.

"Digital HUB” proqramı çərçivəsində icra edilən Transxəzər fiber-optik magistralı layihəsinin ümumilikdə böyük bir regionun fiber-optik kabel infrastrukturunun inkişafında, Qafqaz, Orta Asiya və Cənubi Asiya, eləcə də digər ətraf regionların yüksək sürətli internet bağlantısı və qabaqcıl rəqəmsal xidmətlərlə təmin edilməsində müstəsna rolu olacaq. Layihənin icrası, həmçinin Çinin təşəbbüskarı olduğu "Belt and Road Initiative” (BRI) layihəsinə də öz töhfəsini verəcək və Azərbaycanı "Belt and Road Initiative” (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevirəcək.

Xatırladaq ki, "AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell” şirkətinin törəmə müəssisəsidir. "AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. "AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub” proqramını icra edir. "Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video