30 May 2019 01:11
1014
İDMAN
A- A+

“Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının qalibi olub


Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında "Çelsi” komandası "Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.

AZƏRTAC xəbər verir ki, italiyalı referi Canluka Rokkinin idarə etdiyi oyunun birinci hissəsində komandaların cəhdlərinə baxmayaraq qapılara top vurulmayıb.

Lakin fasilədən sonra azarkeşlər meydanda beş qol izləyiblər. Oyunda hesabı ikinci hissənin əvvəlində - matçın 49-cu dəqiqəsində "Çelsi” komandası hesabı açıb. Emerson Palmierinin ötürməsindən sonra fransalı hücumçu Olivye Jiru dəqiq baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb - 1:0.

Matçın 60-cı dəqiqəsində "Çelsi” komandası ikinci topu "Arsenal”ın qapısından keçirib. "Arsenal”ın cərimə meydançasına daxil olan Eden Hazardın ideal ötürməsindən sonra Pedro Rodriges topu saxlamadan qapıya göndərib – 2:0.

"Çelsi” komandası 65-ci dəqiqədə hesab arasındakı fərqi üç topa çatdırıb. "Arsenal”ın qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Eden Hazard komandasının üçüncü topunu qapıdan keçirib.

Lakin bu qoldan 4 dəqiqə sonra "Arsenal” vurulan toplardan birinin əvəzini çıxıb. Müdafiəçilərdən qayıdan topa cərimə meydançasından kənarda qüvvətli zərbə vuran Aleks Ayvobi hesab arasındakı fərqi azaldıb – 3:1

Ancaq bu, oyunda sonuncu qol olmayıb. Görüşün 72-ci dəqiqəsində "Çelsi”nin sürətli əks-hücumu zamanı Eden Hazard Olivye Jiru ilə qısa ötürmələrlə qurduqları gözəl kombinasiyanı qolla tamamlayıb – 4:1.

Qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyunda 4:1 hesabı ilə qələbə qazanan "Çelsi” komandası tarixində ikinci dəfə UEFA Avropa Liqasının qalibi olub.

Matçda dubl edən Eden Hazard final qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.

"Çelsi”nin fransalı hücumçusu Olivye Jiru isə vurduğu qol sayəsində UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən məhsuldar futbolçusu olub. O, cari mövsümdə bu turnirdə 11 dəfə fərqlənib.

Final matçından sonra qaliblər mükafatlandırılıb.

Beləliklə, "Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb. "Arsenal” isə ikinci dəfə UEFA Avropa Liqasının finalında məğlub olub. "Topçular” 2000-ci ildə turnirin finalında "Qalatasaray”a uduzub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video