29 May 2019 22:38
626
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Ukraynanın gömrük xidmətləri blokçeyn texnologiyalarının tətbiqi üzrə pilot layihə hazırlayacaq


Mayın 29-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Ukrayna Dövlət Fiskal Xidmətinin sədrinin vəzifələrini icra edən Aleksandr Vlasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, S.Mehdiyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycan Gömrük Xidmətinin Ukrayna Dövlət Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran komitə sədri bu baxımdan mövcud potensialdan maksimum yararlanmağın vacibliyini bildirib.

S.Mehdiyev Prezident İlham Əliyev tərəfindən son illərdə gömrük sistemində aparılan innovativ islahatlar barədə qonaqlara məlumat verib və qeyd edib ki, tətbiq edilən yeniliklər ölkənin ixrac potensialını inkişaf etdirmək, gömrük prosedurlarını sadələşdirmək, şəffaflığı təmin etməklə yanaşı, beynəlxalq ticarətin də asan və sürətlə həyata keçirilməsinə münbit şərait yaradıb.

DGK-nın sədri Ukrayna və Azərbaycan gömrük orqanlarının informasiya texnologiyaları sahəsində əməkdaşlığından məmnunluqla söhbət açıb, uyğun qurumlar arasında məlumat mübadiləsinin uğurla həyata keçirildiyini bildirib. Görüşdə iki ölkənin gömrük xidmətlərinin blokçeyn texnologiyalarının tətbiqi sahəsində pilot layihə hazırlayaraq GUAM çərçivəsində reallaşdırılması barədə razılıq da əldə olunub.

A.Vlasov isə Azərbaycana səfər etməsindən və ölkəmizdə hərtərəfli inkişafdan, eləcə də gömrük işində əldə edilən uğurlardan məmnun qaldığını söyləyib. Ukraynanın Azərbaycanla bütün sahələrdə, o cümlədən gömrük işində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən qonaq Azərbaycan Gömrük Xidməti ilə təcrübə mübadiləsinin ümumi işə fayda verdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video