29 May 2019 22:38
616
İQTİSADİYYAT
A- A+

ABŞ rəsmisi: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və Balkanların enerji təminatı baxımından mühüm rol oynayır


Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi və Balkan ölkələrinin enerji ilə təminatı baxımından mühüm rol oynayır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazovla ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 26-cı Beynəlxalq "Xəzər Neft və Qaz-2019” Sərgisi, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsi və Azərbaycanda energetika sektorunda həyata keçirilən son tədbirlərlə bağlı müzakirələr aparılıb.

K.Loqsdon Cənub Qaz Dəhlizi layihəsinin enerji təhlükəsizliyi və Balkan ölkələrinin enerji ilə təminatı baxımından mühüm rolunu qeyd edib, layihənin icra vəziyyətini yüksək qiymətləndirib.

P.Şahbazov isə Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşmaq üzrə olduğunu və bu prosesdə ABŞ-ın davamlı dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (IGB) təməlinin qoyulmasını layihənin yeni mərhələdə inkişafının başlanğıcı adlandırıb, gələcəkdə dəhlizi qidalandıracaq əlavə mənbələr kimi işlənmədə olan yataqlar və onların ehtiyatlarından bəhs edib.

Görüşdə, həmçinin ölkədaxili qaza tələbat, bərpaolunan enerji mənbələri və enerji səmərəliliyinə nail olunması istiqamətində görülən işlərə dair ətraflı müzakirələr aparılıb. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı həyata keçirilən prosesdə ABŞ-la əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video