Alternative content

16:38 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq
Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq
ANA SƏHİFƏ / Təhsil
17:48 29.05.2019

UNEC olimpiada qaliblərinə xüsusi təqaüd imkanı yaradır.
Yeni tədris ilindən UNEC-i seçən Beynəlxalq olimpiada və Respublika fənn olimpiadaları qalibləri bir semestr ərzində 100 AZN məbləğində universitetin xüsusi təqaüdünü əldə edəcəklər.
Olimpiada qalibləri ilə yanaşı, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-də təhsil alan birinci kurs tələbələri də xüsusi təqaüdə layiq görülürlər. Bundan başqa, UNEC-də hər kurs üzrə ən çox bal toplayan 15 tələbəyə 100 AZN məbləğində "ikinci əlaçı təqaüdü” verilir.
Qeyd. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklərə əsasən, Beynəlxalq olimpiada qalibləri istənilən ixtisas, Respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM