29 May 2019 17:24
554
İQTİSADİYYAT
A- A+

Baş vitse-prezident: “Equinor” Azərbaycanla uzunmüddətli əməkdaşlıqdan məmnundur


Norveçin "Equinor” şirkəti Azərbaycanla uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnundur.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov 26-cı Beynəlxalq "Xəzər Neft və Qaz” Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan "Equinor” şirkətinin beynəlxalq kəşfiyyat üzrə baş vitse-prezidenti Tore Loset ilə görüşüb. T.Loset "Equinor”un "Azəri-Çıraq-Günəşli” yataqlar bloku və "Qarabağ”, "Əşrəfi”, "Dan ulduzu”, "Aypara” perspektiv layihələrində iştirakından, Azərbaycanla uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Neft-qaz layihələri ilə yanaşı, "Equinor” ilə əməkdaşlığın yeni istiqaməti kimi bərpaolunan enerji sahəsi üzrə nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

P.Şahbazov "Equinor”un Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirib və şirkətlə əməkdaşlığın daha da inkişafı üçün bərpaolunan enerji sahəsində imkanların olduğunu bildirib. Nazir ölkədə bərpaolunan enerji sahəsinin inkişafı, bu sahəyə investisiya qoyuluşunun təşviqi ilə bağlı həyata keçirilən tədbirlər barədə danışıb.

Bildirib ki, beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanan "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Qanunun, nümunəvi enerji alqı-satqı müqaviləsinin və bərpaolunan enerji mənbələri üzrə qurğuların elektrik enerjisi şəbəkəsinə qoşulmasına dair qaydalarının ilkin layihələri nazirliyə təqdim olunub və hazırda bu sənədlər üzrə müzakirələr aparılır.

Görüşdə cari ilin fevralında imzalanmış anlaşma memorandumu çərçivəsində görülmüş və planlaşdırılan işlər ətrafında fikir mübadiləsi olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video