Alternative content

01:09 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
00:37 24.08.2019 Bir bağbanın hekayəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə “Azərbaycan Avropa məkanında” adlı konfrans keçirilib
Milli Məclisdə “Azərbaycan Avropa məkanında” adlı konfrans keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
13:03 29.05.2019

Mayın 29-da Milli Məclisdə "Azərbaycan Avropa məkanında” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini söyləyib. O deyib ki, birgə evimiz olan Avropada münasibətlərimiz konstruktiv dialoq əsasında qurulmalıdır. Şərq və Qərb bir araya gələrək mövcud problemləri müzakirə etməlidir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Səməd Seyidov problemin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın, ATƏT-in qəbul etdiyi qərarları diqqətə çatdırıb, həmçinin Xocalı soyqırımı barədə danışıb. Komitə sədri bildirib ki, Azərbaycanın qapıları dostlar üçün hər zaman açıqdır. Bu gün Avropada antisemitizm halları müşahidə olunur. Bizim ölkəmizdə isə yəhudilər həmişə sərbəst yaşayıblar. Sinaqoqlar, kilsələr fəaliyyət göstərir, hətta şəhərin mərkəzində yerləşən erməni kilsəsi hələ də qalmaqdadır. Azərbaycan xalqı tolerantlıq kimi dəyərlərə həmişə xüsusi diqqət yetirir. Bizim parlamentdə də rus, yəhudi, digər xalqların nümayəndələri təmsil olunurlar.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov konfransda 10-dan çox ölkənin nümayəndəsinin iştirak etdiyini söyləyib. "Biz hamımız dialoqun tərəfdarıyıq deyən”, - rusiyalı qonaq yaranmış problemlərin qarşılıqlı anlaşma yolu ilə həllinin vacibliyindən danışıb. O, qeyd edib ki, Azərbaycan vacib geosiyasi regionda yerləşir və bu gün beynəlxalq dialoqun mərkəzi rolunu oynayır. Burada müntəzəm olaraq beynəlxalq forumlar keçirilir, müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında münasibətlərdən söhbət açılır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov çıxışında bildirib ki, bu gün Azərbaycan sürətlə inkişaf edir. Eyni zamanda, bizim Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemimiz mövcuddur. Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Azərbaycan polietnik bir dövlətdir, burada çoxsaylı xalqların nümayəndələri birgə yaşayır. Regiondakı digər ölkələrdə də polietnik cəmiyyətlər qurulub. Burada yeganə monoetnik ölkə Ermənistandır. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur. Azərbaycanda və Türkiyədə isə minlərlə erməni yaşayır. Sovet İttifaqı vaxtında Ermənistanda mövcud olan bütün Azərbaycan memarlıq abidələri hazırda dağıdılıb.

Fuad Axundov Oleq Kuznetsovla birgə yazdıqları "Ermənistanda nasizmin qəhrəmanlaşdırılması təcrübəsi” adlı kitabı təqdim edib. Qeyd olunub ki, kitabda 2000-ci ildən başlayaraq nasistlərin qəhrəman kimi təqdim edilməsi ilə bağlı Ermənistanın dövlət siyasəti sənədlərlə təsdiq edilir. Ölkənin müxtəlif şəhərlərində nasist Njdeyə ucaldılmış abidələr, faşist Almaniyasına xidmət edən bu caninin törətdiyi cinayətlər barədə faktlar toplanıb. Prezident Administrasiyasının rəsmisi Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlıq etməyə hazır olduğunu deyib, beynəlxalq toplantılarda iştirak edərək ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb.

Rusiyalı tarixçi Oleq Kuznetsov çıxışında deyib ki, bu gün dünyada nasizmlə mübarizə getdiyi halda, Ermənistanda nasizmin qəhrəmanlaşdırılması ilə bağlı bir kult yaranıb, bu, artıq dövlət ideologiyasına çevrilib. Bu, Avropa üçün bir problemdir. Ermənistanda milliyyətçi rejim mövcuddur. Biz buna qarşı ciddi mübarizə aparmalıyıq.

Tədbirdə Avropa Parlamentinin İngiltərədən, Fransadan, Rumıniyadan, Polşadan olan üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini səsləndiriblər. Problemin həlli ilə əlaqədar görülən işlərə, münaqişə zonasında son dövrdə baş verən hadisələrə münasibət bildiriblər. Onlar Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımından danışıb, bu ərazinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildiriblər. Avropa Parlamentinin üzvləri mədəni irsin dağıdılması, etnik təmizləmə, itirilmiş əmlak məsələlərinin qabardılmasının vacib olduğunu vurğulayıblar.

Konfransda çıxış edənlər müstəqil Azərbaycanın iqtisadi, sosial, demoqrafik inkişafını təqdir ediblər. Qeyd edilib ki, bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən qat-qat çoxdur. Yəni, əgər məsələnin sülhlə həlli mümkün olmasa, Azərbaycan problemi müharibə yolu ilə həll etməyə qadirdir.

Görüşdə deputat Cavanşir Feyziyev ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq barədə danışıb. Qeyd edilib ki, Avropa İttifaqı Azərbaycanın sərhədlərinin bütövlüyünü tanıyır, dövlətimizin suverenliyini dəstəklədiyini dəfələrlə nümayiş etdirib.

Toplantıda bir sıra aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

* * *

Sonra mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Avropa Parlamentinin üzvləri Netan Gill (İngiltərə) və Emerik Şoprad (Fransa), Fransa Parlamentinin üzvü Jan-Lük Reyster, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov jurnalistləri maraqlandıran suallara cavab veriblər.

Avropalı parlamentarilər vurğulayıblar ki, Azərbaycan təhlükəsiz ölkədir, turist kimi gəlmək üçün çox gözəl diyardır. Azərbaycan xalqı burada məskunlaşmış müxtəlif xalqların və etnik qrupların nümayəndələri ilə dinc yanaşı yaşamağın ən gözəl nümunəsini yaradıb. Azərbaycanda yüksək səviyyədə olan tolerantlıq demokratiyanın təzahürlərindəndir.

Ölkəmizin iqtisadi inkişafından söz açan qonaqlar deyiblər ki, həm Bakıda, həm də bölgələrdə tərəqqi və sabitliyin şahidi olublar. Bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda siyasi hakimiyyətə hörmət var. Bu, çox yaxşıdır. Azərbaycanın müstəqil siyasəti var, ölkə böyük güclərdən asılı deyil. Son illər Azərbaycan çox vacib, ciddi geosiyasi regiona, dialoq mərkəzinə çevrilib. Burada müntəzəm olaraq beynəlxalq forumlar keçirilir.

Qərbdə Azərbaycana qarşı lobbiçilik olduğunu etiraf edən avropalı parlamentarilər ölkəmizin dünyada hökm sürən çətin şəraitdə müstəqilliyini qoruyub saxlaya bilməsinə də heyranlıq ifadə ediblər.

* * *

Konfrans iştirakçıları Milli Məclisin binası, deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM