29 May 2019 12:14
2458
Qəbullar
A- A+

Güclü tərəfdaşlıq əlaqələrin göstəricisidir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın göndərdiyi məktuba görə minnətdarlığını bildirdi, bunu güclü tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirdi və son bir neçə gündə ABŞ Prezidenti tərəfindən iki məktubun ünvanlanmasını yüksək qiymətləndirdi.

Qəbula görə minnətdarlığını bildirən Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon Bakıda keçirilən XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019” sərgi və konfransında iştirakdan məmnunluqlarını bildirdi və bu mühüm tədbirin 26-cı ildönümü münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Azərbaycanda keçirilən XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019” sərgi və konfransının əhəmiyyətinə toxundu, tədbirin uzun illərdir ki, dünyanın aparıcı şirkətlərini cəlb etdiyini vurğulayaraq Amerika Birləşmiş Ştatlarının burada geniş şəkildə təmsil olunmasının önəmini qeyd etdi.

Söhbət zamanı "Cənub Qaz Dəhlizi” layihəsinin icrası, energetika, bərpa olunan enerji mənbələri, biznes sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video