28 May 2019 21:27
887
İDMAN
A- A+

Unai Emeri: Hazırda ancaq sabahkı final oyunu haqqında düşünürəm


Hazırda ancaq sabahkı final oyunu haqqında düşünürəm. Sabah bizi böyük vəzifə gözləyir. Əsas hədəf bu oyunda qalib gəlmək və kuboka sahib olmaqdır. Belə mühüm qarşılaşmalarda qələbə qazanmaq həm "Çelsi", həm də "Arsenal" kimi klublar üçün çox önəmlidir. Ona görə yalnız sabahkı oyun haqqında düşünürəm.

Bunu UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasının iştirakçısı - "Arsenal" klubunun baş məşqçisi Unai Emeri mayın 28-də keçirdiyi mətbuat konfransında deyib.

Final qarşılaşmasından sonra "topçular"ın çexiyalı qapıçısı Petr Çexin karyerasını başa vuracağını vurğulayan məşqçi deyib: "Bu, Petr Çexin karyerasında sonuncu oyun olacaq. Çalışırıq ki, karyerasının yekununda onun üçün yaddaqalan uğur qazanaq. Bu oyunda qalib gəlmək bizim üçün çox önəmlidir. Bu, həm oyunçular, həm də mənim üçün böyük məsuliyyətdir. Çünki bu qələbə bizə həm kubok, həm də UEFA Çempionlar Liqasına vəsiqə qazandıracaq".

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Vengerin bu klubun inkişafındakı xidmətlərini yüksək qiymətləndirən Unai Emeri bildirib: "O, bu klubun inkişafına böyük töhfə verib və "Arsenal"a yeni futbol mədəniyyət gətirib. Bunlardan biri də bütün vəziyyətlərdə rəqabətli olmaqdır. Mən bu mədəniyyəti qorumaq və daha da inkişaf etdirmək istəyirəm.

Bir məşqçi kimi ondan çox şey öyrənmişəm və ona böyük hörmətim var. Ona görə də mümkün olduqca bütün imkanları düzgün dəyərləndirərək komandanın nailiyyətlərə imza atmasına nail olmaq istəyirəm.

Bu gün "Arsenal" dünyada on ən yaxşı komandadan biridir".

Baş məşqçi sabah qalib gələcəkləri təqdirdə rekorda imza ataraq karyerasında dördüncü dəfə UEFA Avropa Liqasının qalibi ola biləcəyi ilə bağlı suala cavabında deyib: "Çalışmalıyıq ki, idmançıları oyuna mümkün qədər daha yaxşı hazırlayaq. Onlar bilməlidirlər ki, bu, məxsusi bir andır. Bu, həm də azarkeşlər üçün gözəl hissdir. Biz həm hazırlıq zamanı, həm də sabah bu möhtəşəm stadionda var qüvvəmizlə çalışmalıyıq. Mövsümün əvvəlində çətinliklərimiz olsa da, finala qədər uğurla irəliləyə bildik. Ona görə də sabah bizim qələbə qazanmağımız çox vacibdir".

Son illər UEFA Avropa Liqasının səviyyəsinin daha da artdığını deyən mütəxəssis bildirib: "Son on ildə UEFA Avropa Liqasında böyük irəliləyiş var. Xüsusilə bu turnirin qalibinin UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq imkanı son dərəcə önəmli qərardır. Bu qərar UEFA Avropa Liqasında böyük irəliləyişə mühüm təkan verib. Milli çempionatlarda rəqabət güclü olduğu üçün bəzən əsas komandaların Çempionlar Liqasına vəsiqə qazanmaq imkanı da çətinləşir. Ona görə də bu qərar Avropa Liqasında rəqabətin artmasına təkan verib".

Unai Emeri bəzi azarkeşlərin Bakıya gələ bilməmələri ilə əlaqədar suala cavabında deyib: "UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi haqqında qərar əvvəlcədən verilib. Mən bu qərara hörmət edirəm. Təbii ki, istərdim, Bakıda daha çox azarkeş olsun. Ancaq hər iki komandanın dünyada, o cümlədən Azərbaycanda kifayət qədər azarkeşi var və onlar bizi dəstəkləyəcəklər".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video