28 May 2019 21:20
938
İDMAN
A- A+

Peter Çambers: Sakit və təhlükəsiz şəhər olan Bakı final oyununa uğurla ev sahibliyi edəcək


Peter Çambers Mançester şəhərində doğulub, hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yaşayır. O, ailəsi ilə birlikdə UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gəlib. "Arsenal”ın azarkeşi olan Peter Çambers komandasının oyunda qələbə qazanmasını arzuladığını bildirib.

İngilis turist AZƏRTAC-a müsahibəsində Bakı haqqında da təəssüratlarını bölüşərək deyib: "Paytaxtınız çox xoşuma gəldi. Xüsusən Dənizkənarı Milli Park, Qız qalası yaddaşımda silinməz iz qoydu. Milli yeməkləriniz çox ləzzətlidir.

Düşünürəm ki, Bakı UEFA Avropa Liqasının final oyununu keçirmək üçün yaxşı məkandır. Sakit və təhlükəsiz şəhər olan paytaxtınız bu maraqlı qarşılaşmaya uğurla ev sahibliyi edəcək.

Ölkənizdəki insanlar qonaqpərvərdirlər. Ailəmlə birgə şəhəri gəzəndə şəxsən şahidi olduq ki, burada qonağa səmimi münasibət var. Əminəm ki, bu gözəl ölkəyə səfər edən hər bir azarkeş xoş anlar yaşayacaq”.

Xatırladaq ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə Londonun "Arsenal" və "Çelsi" klubları qarşılaşacaq. Oyun saat 23:00-da start götürəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video