28 May 2019 00:21
1014
Mədəniyyət
A- A+

“Yoqa və düşüncənin gücü” adlı kitabın təqdimatı keçirilib


Bakı Kitab Mərkəzində hindistanlı guru, mistik və yoq Svami Şivanandanın Azərbaycan dilinə tərcümə olunmuş "Yoqa və düşüncənin gücü” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin təşəbbüskarı, ideya müəllifi və ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq kitabın əhəmiyyəti haqqında danışıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi mərasimin aparıcısı Əməkdar artist Nərgiz Cəlilova çıxışçıları qonaqlara təqdim edib.

Tədbirdə çıxış edənlər - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Psixologiya fakültəsinin dekan müavini, Respublika Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, ənənəvi Svami Şivananda Yoqa Məktəbinin nümayəndəsi Elçin Quliyev yoqa fəlsəfəsindən, faydasından, yoqa ilə məşğul olan insanın qidalanmasından, düzgün həyat tərzindən, yoqanın xəstəlikləri müalicə etmək metodlarından danışıblar.

Təqdimatın bədii hissəsində müğənni Rinat Alimov sanskritcə mantra (dua) ifa edib. Rəqqasə Səidə Əliyevanın ifasında hind rəqsləri, Elçin Quliyevin tələbələrinin ifasında yoqa və nəfəs hərəkətləri təqdim olunub.

Svami Şivananda İlahi Yaşam Cəmiyyətinin banisidir. O, yoqa və vedanta təliminin təbliğatçısı və mənəvi ustadıdır. Oxuculara təqdim edilən "Yoqa və düşüncənin gücü” adlı kitab yoqa fəlsəfəsi və təcrübəsinin müxtəlif aspektlərini əks etdirir. Bu kitab dünyanın bir çox dillərinə tərcümə olunub və mənəvi irs tarixində nüfuzlu yer tutur. Kitabda oxucular yoqanın faydaları, yoqa pəhrizi, şüurun idarə olunması, müxtəlifliyi, düşüncənin idarə edilməsinin pozitiv metodları, düşüncə gücünün əhəmiyyəti, müxtəlifliyi, inkişaf dinamikası və tətbiqi kimi mövzularla tanış ola biləcəklər.

Yoqa adətən min illər öncə yaranan və kökü Hindistan fəlsəfəsinə dayanan əbədi ənənə kimi qəbul edilir. Yoqa ilə məşğul olan insanın tədricən qidalanma rejimi müsbət tərəfə doğru dəyişir. Yoqa insana düzgün həyat tərzi və standartları aşılayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video