Alternative content

04:14 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri inteqrasiya təlimli internat tipli gimnaziyada olub
Təhsil naziri inteqrasiya təlimli internat tipli gimnaziyada olub
ANA SƏHİFƏ / Təhsil
17:05 27.05.2019

Təhsil naziri Ceyhun Bayramov Tovuz rayonundakı Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, gimnaziyada şagirdlərin tədris və yaşayış şəraiti ilə tanış olan nazir sinif otaqlarını gəzib, uşaqlarla söhbət edib və onların təhsili ilə maraqlanıb.

Məlumat verilib ki, gimnaziya aztəminatlı, çətin həyat şəraitində olan və zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqlarının təlim-tərbiyəsinin təşkili üzrə yaradılmış təhsil müəssisəsidir. Təhsil müəssisəsi 1961-ci ildən fəaliyyət göstərir.

Hazırda gimnaziyada 779 şagird təlim-tərbiyə alır və onlardan 102 nəfəri müəssisədə gecələyir. Təhsil müəssisəsində uşaqların təlim-tərbiyəsi ilə 148 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Qeyd edilib ki, təhsil müəssisəsi 2016-2018-ci illərdə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib. Son beş il ərzində gimnaziyanın məzunlarından 53 nəfər ali, 15 nəfər isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM