Alternative content

16:05 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı gimnastlar: Ölkəmizi Avropa çempionatında uğurla təmsil etdiyimizə görə qürur duyuruq
Azərbaycanlı gimnastlar: Ölkəmizi Avropa çempionatında uğurla təmsil etdiyimizə görə qürur duyuruq
ANA SƏHİFƏ / İDMAN
15:12 27.05.2019

Azərbaycanı aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında uğurla təmsil etdiyimizə görə qürur duyuruq.

Bunu mayın 24-26-da Bakıda, Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının aerodans proqramında qızıl medal qazanan azərbaycanlı gimnastlar AZƏRTAC-a müsahibələrində bildiriblər.

Təmsilçilərimiz yarışa səylə hazırlaşdıqlarını və yüksək nəticə qazanacaqlarına inandıqlarını deyiblər: "Əsas məqsəd ölkəmizi qitə çempionatında yüksək səviyyədə təmsil etmək idi. Qələbə qazanacağımıza inanırdıq. Yarışa səylə hazırlaşmışdıq. Bizə bəslənilən etimadı doğrultduğumuz üçün məmnunuq”.

Yarışda azarkeş dəstəyinin onlar üçün xüsusilə vacib olduğunu bildirən gimnastlar deyiblər: "Doğma azarkeşlərimiz bizə güclü dəstək verirdilər. Bu da bizim üçün çox vacib idi. Mükafatlandırma mərasimində onlar bizimlə birgə Azərbaycanın dövlət himnini ucadan axıradək oxudular. Həmin anlar keçirdiyimiz hissləri sözlə ifadə etmək çox çətindir”.

Qeyd edək ki, Azərbaycan komandasını böyüklər arasında aerodans proqramında Elçin Məmmədov, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli və Mədinə Mustafayeva təmsil ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM