Alternative content

16:48 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran, Azərbaycan və Rusiyanın yükdaşımalarının tənzimlənməsi ilə bağlı sənədlər hazırlanacaq
İran, Azərbaycan və Rusiyanın yükdaşımalarının tənzimlənməsi ilə bağlı sənədlər hazırlanacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:28 27.05.2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Rusiyada səfərdə olub


Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində R.Quluzadə Rusiya Federasiyasının Nəqliyyat naziri Yevgeni Ditrix ilə ikitərəfli görüş keçirib. Moskvada baş tutan görüşdə Azərbaycanla Rusiya arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yükdaşımalarının həcminin artırılması istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur” (Azərbaycan) – "Yaraq-Qazmalar” (Rusiya) buraxılış məntəqələri ərazisində Samur çayı üzərində tikilən körpünün istismara verildikdən sonra istifadəsi və "Platon” sistemi haqqında danışıqlar aparıb. Eyni zamanda, Xəzər dənizində birgə xilasetmə işlərinin təşkil olunması, hava daşımalarında və nəqliyyatın rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Tərəflər İran, Azərbaycan və Rusiya arasında yükdaşımalarının tənzimlənməsi ilə bağlı işçi qrupunun danışıqlar aparması və sənədlərin hazırlanması barədə də razılığa gəliblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM