Alternative content

09:54 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Britaniyanın Azərbaycandakı səfiri UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar mətbuat konfransı keçirib
Britaniyanın Azərbaycandakı səfiri UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar mətbuat konfransı keçirib
ANA SƏHİFƏ / İDMAN
13:19 27.05.2019

Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir. Britaniyanın Bakıdakı səfirliyi Azərbaycan Hökuməti, hər iki ölkənin futbol federasiyaları, klubları ilə fəal əməkdaşlıq edir və bu sahədə çox işlər görülüb. UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar səfirlik Bakıya gələcək ingilis azarkeşlər üçün lazımi məlumatların olduğu xüsusi broşür hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts UEFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşması ilə əlaqədar mayın 27-də təşkil etdiyi mətbuat konfransında deyib.

28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edən diplomat ölkələrimiz arasında idman sahəsində əlaqələrdən danışarkən Bakıda keçiriləcək final oyunun əhəmiyyətini xüsusi qeyd edib. Kerol Krofts futbol üzrə İngiltərə millisinin 1966-cı ildə azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun düzgün qərarı sayəsində tarixində ilk dəfə dünya çempionu olduğunu bildirərək deyib: "Böyük Britaniya-Azərbaycan futbol əlaqələri barədə danışarkən ilk ağla gələn Tofiq Bəhramovdur. 1966-cı ildə keçirilən dünya çempionatının ildönümü ilə əlaqədar 2016-cı ildə biz Tofiq Bəhramovun ailəsini ziyarət etdik. Tofiq Bəhramovun ailəsi bizə onun arxivindən fotoşəkillər təqdim etdi. Həmin fotoşəkillər Azərbaycan ilə Böyük Britaniya arasında yüksək səviyyəli əlaqələrin rəmzlərindən biridir. Həmin il Tofiq Bəhramovun ailəsi Kraliça II Elizabetin doğum günü məclisinə dəvət edilib və orada onlara Tofiq Bəhramovun tarixi oyunda geyindiyi forma təqdim olunub.

Səfir Böyük Britaniya vətəndaşlarının Azərbaycana təkcə futbol matçlarında deyil, Formula 1, cüdo və idmanın digər növləri üzrə keçirilən idman yarışlarını izləmək üçün də səfər etdiklərini bildirib. Ölkəmizdə Birləşmiş Krallığın 500-dək şirkətinin fəaliyyət göstərdiyini və Britaniya icmasının mövcudluğunu qeyd edən diplomat bildirib ki, UEFA Avropa Liqasının "Arsenal” və "Çelsi” klubları arasında oynanılacaq final qarşılaşması ilə əlaqədar səfirlik AFFA və Azərbaycan höküməti, eləcə də Britaniya polisi ilə sıx əməkdaşlıq edir. Səfirlik daha çox Britaniya vətəndaşının final oyununu izləmək üçün Bakıya gəlməsinə çalışır. O, final yarışı günü bir neçə çarter reysi ilə azarkeşlərin Bakıya gələcəklərini bildirib.

Diplomat mayın 29-da "Arsenal” və "Çelsi” klubları arasında möhtəşəm final matçının oynanılacağına əminliyini bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Londonun "Arsenal” və "Çelsi” klubları arasında oynanılacaq final qarşılaşması saat 23:00-da başlayacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM