Alternative content

16:52 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakının elektrik enerjisi təchizatının etibarlılığı artırılıb
Bakının elektrik enerjisi təchizatının etibarlılığı artırılıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
11:57 27.05.2019

"Azərenerji” birbaşa Şirvan şəhərindən çəkilən yüksəkgərginlikli xətti istismara verib


"Azərenerji” ASC Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığını gücləndirmək üçün Şirvan şəhərindəki "Cənub” Elektrik Stansiyasından "Xırdalan” yarımstansiyasına 330 kilovoltluq bazada çəkdiyi 220 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xəttində işləri yekunlaşdırıb və xətt istismara verilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, yeni xəttin çəkilməsi paytaxta birbaşa generasiya mənbəyindən əlavə xəttin gətirilməsini təmin edərək etibarlılığı daha da artırıb. Belə ki, indi Mingəçevir və ya Səngəçaldakı elektrik stansiyalarından qidalanaraq şəhərə daxil olan yüksəkgərginlikli xətlərdə hansısa problem yaranarsa, Şirvan şəhərindəki "Cənub” Elektrik Stansiyasından birbaşa çəkilən yeni xətt Bakı və Abşeron yarmadasının enerji təchizatında xüsusi rol oynayacaq. Bundan əlavə, yeni xətt istismara verildiyinə görə, şəhərə daxil olan digər yüksəkgərginlikli xətləri açmaq və yükü digər xəttin üzərinə keçirməklə şəhərə verilən enerjini dayandırmadan onların üzərində təmir-bərpa işləri aparmaq mümkün olacaq.

İki dövrəli olmaqla 108 kilometr məsafədə, 330 kilovoltluq dayaqlarla çəkilən 220 kilovoltluq "Cənub-Xırdalan” hava xətti gələcəkdə 330 kilovoltluq gərginlik sinfinə keçiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM