Alternative content

16:06 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Kiyevdə rəsmi qəbul keçirilib
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Kiyevdə rəsmi qəbul keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
11:26 27.05.2019

Azərbaycanın Ukraynadakı səfirliyi 28 May – Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Kiyevdə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı təşkil edilən Naxçıvan məhsullarının sərgisi ilə tanış olublar.

Əvvəlcə Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Rəsmi qəbulda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövrdə diplomatiya sahəsində də bir sıra mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb. Səfir bildirib ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalıb.

Diplomat bildirib ki, müstəqilliyin ilk illərindən Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Azər Xudiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlər müstəvisində yeni mərhələyə çıxarıb, bir çox uğurlar əldə edilib. Bu kursdan irəli gələrək Azərbaycanın Xarici İşlər Nazirliyi bir sıra uğurlu nəticələrə sahib çıxıb, siyasi, iqtisadi və enerji layihələrinin reallaşmasına öz töhfəsini verib.

Səfir vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursunu 15 ildən artıqdır Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Məhz dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycan regionda siyasi və iqtisadi münasibətlərin əsas iştirakçısına çevrilib. Bundan başqa, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən həyata keçirilən tədbirlər ölkənin xarici siyasətinə əhəmiyyətli töhfə verməkdədir.

Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrdən danışan səfir ölkələrimizin beynəlxalq gündəlikdə duran bir çox məsələlərdə eyni mövqedən çıxış etdiyini, bir-birinin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bildirib.

Tədbirdə iştirak edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin uğurlu siyasətindən danışıb. Bildirib ki, Azərbaycanın ağır dövründə xalqımızın təkidi ilə ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdıb. Ümummilli Liderin müdrik və uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunub. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik siyasəti nəticəsində ölkəmiz iqtisadi və siyasi cəhətdən qüdrətli dövlətə çevrilib.

Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar bildirib ki, Azərbaycan və Ukrayna arşında diplomatik əlaqələr hələ 1918-ci ildən yaranıb. Ukrayna 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirib. Bu gün isə iki ölkə arasında strateji əməkdaşlıq mövcuddur.

Tədbirdə bir sıra şəxslər iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirlik tərəfindən xüsusi diplomla təltif edilib.

Tədbirin sonunda Şərur Xalq Yallı Ansamblının rəngarəng rəqsləri, gənc xanəndə Mirələm Mirələmovun muğam, müğənni Emil Bədəlovun şən musiqi ifaları, Ukrayna milli rəqs qrupunun nömrələri iştirakçıların marağına səbəb olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM