Alternative content

01:28 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Sərhəd” hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıb
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:21 27.05.2019

Dövlət Sərhəd Xidməti (DSX) sərhədlərimizin etibarlı mühafizəsini təmin etməklə yanaşı, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu tədbirlər arasında xüsusi yer tutan və artıq ənənəyə çevrilmiş "Sərhəd” hərbi-idman oyunları DSX-nin, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə tədbirlər planı əsasında reallaşdırılır. Bu oyunlar gənc nəslin ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş və üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 36 sərhədyanı və digər rayonun 207 məktəbindən 1035 şagird iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 10 komanda - Naxçıvan şəhərinin 9, Astara şəhərinin 2, Mingəçevir şəhərinin İ.Qayıbov adına 10, Siyəzən şəhərinin 1 nömrəli, Beyləqan rayonunun Araz qəsəbəsinin F.Miriyev adına, Cəlilabad rayonunun Ləkin, Xaçmaz rayonunun Gödəkli, Oğuz rayonunun Muxas, Zaqatala rayonunun Muğanlı, Şəmkir rayonu Çaparlı kənd tam orta məktəblərinin komandaları finala vəsiqə qazanıblar.

Oyunların final mərhələsi mayın 18-dən 24-dək DSX-nin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçirilib. İştirakçılar üçün yaradılmış şərait məktəblilərə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan verib.

Final mərhələsində komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi”, "Ləpirçilik”, "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, "Maskalanma”, "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması”, "Avtomatın sökülməsi və yığılması”, "Tüfəngdən hədəfə atəş açmaq” və "Sıra hazırlığı” üzrə bilik və bacarıqlarını nümayiş еtdiriblər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib.

Final mərhələsinin yekunlarına görə Beyləqan rayonunun Araz qəsəbəsinin F.Miriyev adına tam orta məktəbinin "Araz” komandası birinci, Siyəzən şəhərinin 1 nömrəli tam orta məktəbinin "Sərhədçi” komandası ikinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin "Ləkin” komandası isə üçüncü yeri tutublar.

"Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində keçirilib. Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman, və Təhsil nazirliklərinin nümayəndələri qalib komandaları təbrik edərək bu oyunların gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Tədbirdə "Sərhəd” hərbi-idman oyununun qalibləri kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM