27 May 2019 10:57
638
DÜNYA
A- A+

Avropa Parlamentinə seçkilər böyük partiyaların itkiləri ilə başa çatıb


Mayın 23-26-da Avropa Parlamentinə keçirilən seçkilər böyük partiyaların itkiləri ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Avropa Parlamentində iki ən böyük fraksiya – mühafizəkar düşərgəni öz ətrafında birləşdirən Avropa Xalq Partiyası və sosial-demokratları bir araya gətirən Sosial-Demokratların Avropa Parlamentində Proqressiv Alyansı gələcəkdə parlamentdə ötən çağırışdakından daha az mandatla təmsil olunacaqlar. Bununla da hər iki fraksiya parlamentdə 40 ildən bəri birlikdə sahib olduqları mütləq səs çoxluğunu da itiriblər.

Belə ki, Avropa İttifaqına üzv olan 28 ölkə üzrə seçkilərin ilkin nəticələrinə görə, Avropa Xalq Partiyasının mandatlarının sayı 178 olub və bu da 2014-cü il seçkiləri ilə müqayisədə 38 mandat azdır. Eyni zamanda, 41 yer itirən sosial-demokratlar da növbəti müddətdə 150 nümayəndə ilə kifayətlənməli olacaqlar.

Parlamentdə üçüncü böyük fraksiya isə liberallar olub. Liberal və Demokratların Avropa naminə Alyansı adlanan bu fraksiyaya mənsub deputatların sayı 107 nəfər olub. Seçkilərdə ən uğurlu nəticəni isə Yaşıllar fraksiyası əldə edib, mandatların sayını 50-dən 70-ə çatdıra bilib.

Gözlənildiyi kimi, seçkilərdə sağçı-populist və Aİ əleyhdarı olan partiyalar mandatlarının sayını artıra biliblər. Millətlər və Azadlıq Avropası fraksiyasının üzvlərinin sayı 36-dan 58-ə çatıb. Aİ əleyhdarı olan digər fraksiya – Azadlıq və Birbaşa Demokratiya Avropası (burada Brexit tərəfdarları da yer alırlar) mandatları 48-dən 56-ya yüksəldib.

Qeyd edilməlidir ki, 427 milyon səsvermə hüququna malik vətəndaşın yaşadığı Aİ ölkələrində ümumi fəallıq 51 faiz olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video