Alternative content

22:24 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulub
Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulub
ANA SƏHİFƏ / İDMAN
21:01 26.05.2019

Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında üçlük və qrup proqramında da qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, böyüklər arasında üçlüklərin mübarizəsində macarıstanlı gimnastlar (Bali Daniel, Fanni Mazas, Balats Farkaş) 22,441 balla birinci olublar. İkinci yeri 22,366 balla rusiyalı idmançılar (Yekaterina Pıxtova, Yelena İvanova, Anastasiya Zyubina) tutublar. Üçüncü yerə isə 21,133 balla Rumıniya təmsilçiləri (Andrea Boqati, Dorin Brotei, Mixay Popa) layiq görülüblər.

Qrup proqramında isə Azərbaycan komandası 19,738 balla beşinci pillədə qərarlaşıb. Bu növdə Rumıniya 22,233 balla birinci, Bolqarıstan 22,111 balla ikinci, Rusiya isə 22,100 balla üçüncü olub.

Xatırladaq ki, böyüklərdən ibarət aerodans komandamız 17,800 balla qızıl medal qazanıb.

Bununla da aerobika üzrə 11-ci Avropa çempionatına yekun vurulub. Qitə çempionatında 22 ölkədən 400-ə yaxın gimnast qüvvəsini sınayıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM