Alternative content

22:23 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Marca”: Futbolun yeni panoraması Azərbaycana doğru açılır
“Marca”: Futbolun yeni panoraması Azərbaycana doğru açılır
ANA SƏHİFƏ / İDMAN
15:10 26.05.2019

İspaniyada çıxan "Marca” gündəlik idman qəzetinin elektron versiyasında (Marca.com) Bakının mayın 29-da Avropa Liqasının finalında "Arsenal”la "Çelsi” klublarının oyununa ev sahibliyi edəcəyi barədə məqalə dərc olunub.

AZƏRTACxəbər verir ki, məqalədə final oyununun keçiriləcəyi Azərbaycanın bu günlərdə özünü tamamilə futbola həsr etdiyi diqqətə çatdırılır.

Məqalədə deyilir: Təyyarə Bakıda yerə endikdən sonra qonaqlar əvvəlcə "Baku Final 2019” adlı internet şəbəkəsi ilə tanış olur, həmçinin onları hər yerdə final oyununa dair, həmçinin Obameyanq və Hazard kimi futbolçuların təsvir olunduğu nəhəng loqolar qarşılayır.

"Futbol ölkəmizin idmanında ən önəmli yerə malikdir. İnsanlar onu xüsusi entuziazmla yaşayırlar” - bu fikri oxu.az saytının baş redaktoru Elçin Şirinov qəzetin əməkdaşına müsahibəsində bildirib. Azərbaycanın "Qarabağ” və "Qəbələ” komandalarının Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində mübarizəsi xatırlanaraq qeyd olunur ki, Avrasiya ölkəsinin bu klubları da paytaxtdan 4000 kilometr aralıda (İraqın paytaxtı Bağdad və Madrid arasındakı məsafə qədər) yerləşən, Avropa Liqasının finalında qələbə uğrunda yarışacaq iki komandanın vətəninə - Londona gələrək mübarizə aparıblar.

"Qərbi Avropa ilə aramızdakı uzaq məsafəyə baxmayaraq, bu oyuna olan maraq dairəsi Rusiyaya qədər yox, bütün Avropa İttifaqına qədər uzanır. Bizim üçün bu oyun ölkəmizi xaricə nümayiş etdirməyin ən gözəl yollarından biridir”, - deyə azərbaycanlı müxbir Səbuhi vurğulayıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun təşkilat rəhbəri Cavid Məmmədli "Marca”ya müsahibəsində hamını əmin edib ki, paytaxt qonaqları qarşılamağa tam hazırdır: "Son illərdə biz Avroviziya, İlk Avropa Oyunları, Formula 1 Gran prisi, 17 yaşlı qadınlar arasında mundiala ev sahibliyi etmişik və gələn il "Avro 2020”-nin 4 oyunu ölkəmizdə keçiriləcək”.

Bu futbol bayramı siyasətdən də yan keçmədi: başlanğıcda hər komanda üçün az sayda - 6000 biletin ayrılması və Mkhtiryanın Azərbaycan və Ermənistan arasındakı konflikti bəhanə edərək Bakıya gəlmək istəməməsi final oyununa kölgə salıb və insanlarda şübhə doğurub. Bu barədə danışan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi Elxan Məmmədov deyib: "Biletlərlə bağlı bütün məsələlər UEFA-nın öhdəliyindədir, Miki məsələsinə gəldikdə isə bizim qədər UEFA da onun təhlükəsizliyinin təmin olunacağına zəmanət verib. Mən öz adıma onun gəlməsini istərdim, lakin yenə də bu, onun şəxsi qərarıdır”.

Beləliklə, futbolun yeni panoraması Azərbaycana doğru açılır. Bakı öz qucağını açaraq, futbolun Odlar yurduna gəlişini səbirsizliklə gözləyir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM