Alternative content

12:38 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-dan İlham Əliyevin islahatlar kursuna tam dəstək
ABŞ-dan İlham Əliyevin islahatlar kursuna tam dəstək
ANA SƏHİFƏ / SİYASƏT
01:06 26.05.2019


Xarici ölkə rəhbərlərinin son təbrik məktubları Azərbaycan Prezidentinin və respublikamızın güclü beynəlxalq nüfuzunu bir daha təsdiq edir


Hər bir dövlətin tarixində əlamətdar məqam olaraq həkk edilən yetərincə günlər var. Onların ən mühüm bayram kimi qeyd edilənləri isə, adətən, xarici ölkə rəhbərlərinin də diqqətindən kənar qalmır. Qarşılıqlı təbriklər diplomatik etiketin bir elementidir. Lakin bu məktublar yalnız nəciblik göstəricisi olmur, onların müəllifləri təbriklərini ünvanladıqları Prezidentə və dövlətə münasibətlərini də əks etdirirlər.


Donald TRAMP: "İlham Əliyevin liderliyini dəyərləndirirəm”


Bu baxımdan 28 May - Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə xarici həmkarları tərəfindən göndərilən məktubların elə ilkin təəssüratı ölkə rəhbərimizin və ümumilikdə dövlətimizin yüksək beynəlxalq nüfuzunu aydın göstərir.

Məsələn, dünyanın əsas fövqəlgücü sayılan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Dövlətlərimiz arasında ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və "Cənub qaz dəhlizi” təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində sizin liderliyinizi dəyərləndirirəm”, - deyə İlham Əliyevə münasibətini ifadə edir.

Ardınca isə İlham Əliyevin islahatlar kursuna tam dəstəyini ifadə edir: "Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq”.

ABŞ Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində İlham Əliyevin iştirakını təqdir etməsi də mühüm münasibətdir: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik”.

Maraqlı məqam odur ki, ABŞ Prezidenti Donald Tramp İlham Əliyevlə əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirsə də, bunu yetərli saymır və "tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram” diləklərini çatdırır.


Həmkarları İlham Əliyevin liderlik bacarığını, idarəçilik istedadını xüsusi vurğulayırlar


Dünyanın nüfuzlu liderləri tərəfindən göndərilən digər təbriklərdə də Azərbaycan Prezidentinə və respublikamıza dəstək bildirilir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 28 il ərzində davamlı iqtisadi inkişaf yolu ilə irəliləyir, xalq sülh və rifah içində yaşayır, ölkənizin beynəlxalq statusu və nüfuzu daim artır. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Bu yaxınlarda II "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində biz sizinlə əhəmiyyətli görüş keçirdik və bir sıra razılıqlar əldə etdik”, - deyə yazır.

Çin rəhbərinin "Ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin və bütün sahələrdə əməkdaşlığın daha yeni pilləyə yüksəlməsi üçün sizinlə birgə səylər göstərməyə hazıram” fikri isə dünyanın ən qüdrətli ikinci iqtisadi-siyasi fövqəlgücü olan dövlətin İlham Əliyevə aşkar dəstəyi və etimadıdır.

Ümumiyyətlə, İlham Əliyevə ünvanlanan təbrik məktublarında onun liderlik bacarığı, idarəçilik istedadı və son islahatlar kursunun uğurlu gedişi xüsusi vurğulanır.

Məsələn, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev təbrikində "Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında reallaşdırılan əsaslı islahatları, ölkənizin iqtisadi potensialının və nüfuzunun artırılması işində qazanılan sanballı uğurları məmnuniyyətlə müşahidə edirik” yazır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəmizin uğurlarının davamlılığını məhz İlham Əliyev amili ilə əlaqələndirir: "Dost və qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində bütün sahələrdə qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərinin artaraq davam edəcəyinə inamımız qətidir”.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani isə "İnanıram ki, Azərbaycan Respublikası sizin müdrik rəhbərliyinizlə daha böyük inkişafa nail olacaqdır” yazır.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev "Bu gün Azərbaycan rəqabətqabiliyyətli, dinamik inkişaf edən dövlət kimi iqtisadi, sosial və mədəni-humanitar sahələrdə nailiyyətləri ilə dünya birliyində layiqli yer tutur. Bununla əlaqədar olaraq arzu edirəm ki, ölkəniz sizin rəhbərliyiniz ilə daha intensiv inkişaf etsin və xoş məramlarına çatsın”, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi "Xalqınızın ümid və arzularının həyata keçirilməsində sizin uğurlarınızın davamlı olmasını ürəkdən arzulayıram” səmimi arzularını çatdırırlar.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin İlham Əliyevin qlobal miqyasda islam həmrəyliyinə verdiyi töhfələri yüksək, əvəzsiz qiymətləndirir: "Əminəm ki, zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və islam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək”.


Dünyanın nüfuzlu liderlərindən İlham Əliyevə növbəti ehtiram və etimad nümunəsi


Rusiyanın Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozovun təbrikini isə yüz minlərlə sakinin təşəkkürü kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin təşəbbüsü ilə vilayətdə həyata keçirilən layihələrin Həştərxanın simasını dəyişdirdiyini etiraf edən S.Morozov "Bu layihələr sizin şəxsi dəstəyiniz sayəsində mümkün olub. Buna görə sizə bütün həştərxanlılar adından dərin minnətdarlığımızı bildirirəm” yazır.

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet, Yaponiyanın İmperatoru Naruhito, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud, İtaliya Prezidenti Sercio Mattarella, İsveçin Kralı XVI Karl Qustav, Belçikalıların Kralı Filip, Hindistan Prezidenti Ram Nat Kovind, Bolqarıstan Prezidenti Rumen Radev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Koreya Prezidenti Mun Ce-in, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsini icra edən Əbdülqadir bin Saleh, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudes, Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrov, İraq Respublikasının Baş naziri Adil Abd əl-Mehdi, San-Marino Respublikasının kapitan-regentləri Nikola Selva və Mişel Muratori, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və digərlərinin məktublarında da İlham Əliyevə ehtiram və etimad ifadə olunur, Azərbaycanın son illərdə qazandığı nailiyyətlər qeyd edilir.

Ümumilikdə isə Prezident İlham Əliyevə ünvanlanan məktubların coğrafi miqyası nə qədər genişdirsə, qarşılıqlı əməkdaşlığın dərinləşməsinə ifadə olunan ümidlər daha böyükdür.

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM