26 May 2019 00:59
1148
Qanunlar
A- A+

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq və "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.6-cı, 1.0.6-1-ci, 29.0.29-cu, 29.0.43-cü və 33.3.9-cu maddələrə, 36-2-ci maddənin adına, 36-2.1-ci, 36-2.2-ci və 36-2.4-cü maddələrə "ümumi təhsil” sözlərindən sonra "və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)” sözləri əlavə edilsin.

2. 1.0.40-cı maddəyə "orta ixtisas” sözlərindən əvvəl "yüksək texniki peşə təhsili səviyyəsində və” sözləri əlavə edilsin.

3. 2-ci maddəyə "Məktəbəqədər təhsil haqqında” sözlərindən sonra ", "Peşə təhsili haqqında” sözləri əlavə edilsin və həmin maddədə "Qanunundan” sözü "qanunlarından” sözü ilə əvəz edilsin.

4. 14.5.4-cü maddədə "ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə və "və tədris mərkəzləri (kompleksləri)” sözləri "mərkəzləri” sözü ilə əvəz edilsin.

5. 14.8-1-ci maddədə "və orta ixtisas” sözləri ", orta ixtisas və peşə” sözləri ilə əvəz edilsin.

6. 17.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"17.1.3. Peşə təhsili:

17.1.3.1. ilk peşə təhsili;

17.1.3.2. texniki peşə təhsili;

17.1.3.3. yüksək texniki peşə təhsili.”.

7. 19.6-cı, 29.0.25-ci və 35.2-ci maddələrdə "ilk peşə-ixtisas” sözləri "peşə” sözü ilə əvəz edilsin.

8. 20-ci maddənin adında və 20.3-cü maddədə "İlk peşə-ixtisas” sözləri "Peşə” sözü ilə əvəz edilsin.

9. 20.1-ci maddədə "İlk peşə-ixtisas” sözləri "Peşə” sözü ilə əvəz edilsin və həmin maddədən "sənətlər və kütləvi” sözləri çıxarılsın.

10. 20.2-ci maddədə "İlk peşə-ixtisas” sözləri "Peşə” sözü ilə, "asılı olmayaraq” sözlərindən sonrakı "peşə-ixtisas” sözləri "peşə” sözü ilə əvəz edilsin və həmin maddədən "və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə-ixtisas dərəcələrinin verilməsi ilə başa çatır” sözləri çıxarılsın.

11. Aşağıdakı məzmunda 20.2-1-ci və 20.2-2-ci maddələr əlavə edilsin:

"20.2-1. Peşə təhsilinin səviyyələri aşağıdakılardır:

20.2-1.1. ilk peşə təhsili;

20.2-1.2. texniki peşə təhsili;

20.2-1.3. yüksək texniki peşə təhsili.

20.2-2. İlk peşə təhsilini bitirən məzunlara ilk, texniki peşə təhsilini bitirən məzunlara texniki, yüksək texniki peşə təhsilini bitirən məzunlara isə subbakalavr peşə-ixtisas dərəcəsi verilir.”.

12. 20.4-cü maddədə "İlk peşə-ixtisas” sözləri "Peşə” sözü ilə əvəz edilsin, həmin maddəyə "qəbul olunanlar” sözlərindən sonra "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,” sözləri əlavə edilsin.

13. Aşağıdakı məzmunda 20.5-ci maddə əlavə edilsin:

"20.5. Azərbaycan Respublikasında peşə təhsilinin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

14. 29.0.9-cu maddədən "şagird və” sözləri çıxarılsın.

15. 32.3.14-cü maddədə "peşə-ixtisas təhsili pilləsində” sözləri "ixtisas təhsili pilləsində, peşə təhsili” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video