Alternative content

07:57 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
ANA SƏHİFƏ / Qanunlar
00:38 26.05.2019


Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanunu ilə təsdiq edilmişdir


Maddə 1. Medalın ümumi təsviri

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏT ORQANLARI” sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir. Ulduzların hər iki yazıya tərəf kompozisiyanı tamamlayan xətlər vardır.

2.2. Medalın daxili çevrəsində Yer kürəsi təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir. Yer kürəsi təsvirinin üst hissəsində "100” rəqəmləri, həmin təsvirdən sol tərəfdə "1919”, sağ tərəfdə "2019” rəqəmləri yazılmışdır. Daxili çevrənin aşağı hissəsində, sol və sağ tərəflərə doğru qövs boyunca palıd yarpaqlarından ibarət çələng yerləşir. Yer kürəsi təsvirinin sol yarımkürəsinin yuxarı hissəsində üzərinə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl mina çəkilmiş üç qövsvarı zolaq vardır. Medalın ön tərəfində bütün yazılar və təsvirlər relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində "AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, mərkəzində "XARİCİ İŞLƏR NAZİRLİYİ” sözləri yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Medalın arxa tərəfinin səthi hamar, yazılar isə relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 55 mm ölçüdə xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Tünd göy rəngdə xara lentin mərkəzində hər birinin eni 2,5 mm olmaqla, Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən yaşıl, qırmızı və mavi rənglərdə şaquli zolaqlar təsvir edilmişdir. Yaşıl zolağın sol, mavi zolağın sağ kənarında eni 1,5 mm olan qızılı şaquli zolaq vardır.

4.3. Xara lentin yuxarı hissəsinə üzərində ölçüsünə görə mərkəzdən kənarlara doğru kiçilən beş ədəd relyefli səkkizguşəli ulduz təsvir edilmiş, qızıl suyuna çəkilmiş 40 mm x 5,5 mm ölçülü bürünc lövhə bərkidilir.

4.4. Xara lentin aşağı hissəsinə üzərində relyefli aypara, ulduz və palıd yarpaqlarından ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş, mərkəz hissədə eni 5,5 mm olmaqla, 40 mm x 7,8 mm ölçülü bürünc lövhə bərkidilir.

4.5. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM