Alternative content

16:08 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşlarla görüşüb
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşlarla görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:11 25.05.2019

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciət və təkliflərini dinləmək, problemləri ilə daha yaxından tanış olmaq və operativ həll etmək məqsədilə Şəki, Qax və Zaqatala rayonlarında vətəndaş qəbulu keçirib.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, komitə sədri Kərəm Həsənov mayın 25-də Şəki rayonunda vətəndaşları qəbul edib. Elə həmin gün komitə sədrinin müavinləri Rafiq Cəlilov Qax rayonunda, Rüstəm Şahbazov isə Zaqatala rayonunda vətəndaşlarla görüşüb.

Komitə sədri K.Həsənov və müavinləri tərəfindən qəbula gələn vətəndaşların bütün müraciətləri fərdi qaydada diqqətlə dinlənilib. Müraciətlərin ən qısa zamanda həlli ilə bağlı müvafiq struktur bölmələrinin rəhbərlərinə birbaşa tapşırıqlar verilib. Bildirilib ki, göstərilən xidmətlərdə vətəndaşlara yüksəksəviyyəli və layiqli münasibət göstərilməli, hər bir vətəndaşın müraciəti operativ və əhatəli formada cavablandırılmalıdır.

ƏMDK-nın struktur bölmələrinin rəhbərlərinin də iştirak etdiyi qəbullarda ünvanlanan müraciətlər daşınmaz əmlakın qeydiyyatı, torpaqların faktiki istifadə qaydaları, ölçülərinin müəyyən olunması ilə bağlı olub. Eyni zamanda, dövlət əmlaklarının özəlləşdirilməsi və icarəyə götürülməsi, hərraclarda iştirak kimi məsələlərə dair müraciətlər də səsləndirilib. Bəzi müraciətlər elə qəbul zamanı öz müsbət həllini tapıb. Bölgələr üzrə keçirilən qəbullarda komitənin səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb, müvafiq qurumlara göndərilməsi ilə bağlı vətəndaşlara məlumat verilib.

Komitənin fəaliyyəti ilə bağlı məlumat verən K.Həsənov bildirib ki, ölkə əhalisinin göstərilən xidmətlərdən əlçatan və rahat formada istifadəsi üçün səyyar kampaniyalar təşkil edilir. Belə ki, mobil torpaq laboratoriyaları vasitəsilə torpaqların münbitliyini və səmərəliliyini birbaşa sahələrdə öyrənmək mümkündür. Bunun üçün səyyar ofislərdə müasir imkanlar yaradılıb.

"Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar aksiyası çərçivəsində vətəndaşlara çevik formada, bilavasitə ünvanlarda daşınmaz əmlakın qeydiyyatı xidmətləri göstərilir, sənədlər toplanır. Komitə sədri deyib ki, elektron çıxarışa keçid vətəndaşların real vaxt rejimində müxtəlif əməliyyatlarda bu sənəddən maneəsiz istifadəsini, o cümlədən çıxarışın saxtalaşdırılması, yararsız hala düşməsi kimi mənfi halları aradan qaldırır.

Keçirilən qəbulda komitə sədri regional ofis rəhbərlərinə xidmət səviyyəsini daha da yüksəltmək, vətəndaş məmnuniyyətini təmin etmək, fəaliyyətdə çatışmazlıqları aradan qaldırmaq barədə tapşırıqlar verib. Əmlak Məsələləri Dövlət Komitəsi rəhbərliyinin vətəndaş qəbulları qarşıdakı aylarda da davam edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM