Alternative content

12:37 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
ANA SƏHİFƏ / İDMAN
21:10 25.05.2019

Mayın 25-də Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə böyük gimnastlar mübarizəyə qoşulublar.

Aerodans proqramında çıxış edən Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədina Mustafayevadan ibarət komandamız təsnifat mərhələsində 17,350 xalla ikinci olub və finala yüksəlib. Komandamız finalda Rusiya, İtaliya, Macarıstan, Ukrayna və Almaniya kollektivləri ilə birgə mübarizə aparacaq.

Avropa çempionatında fərdi qadın proqramı üzrə təsnifat yarışlarında hakimlərdən 21,300 xal alan Rusiya idmançısı Yekaterina Pixatova birinci olub. Türkiyəli Begüm Ayşe Onbaşı təsnifat mərhələsini ikinci, digər rusiyalı idmançı Tatyana Konakova üçüncü pillədə başa vurublar. İlk üçlükdən əlavə, Bolqarıstan gimnastları Darina Paşova, Ana-Mariya Stoilova, ispaniyalı Belen Quillemot Esterleç, Portuqaliya təmsilçisi Sara Silva və rumıniyalı Sandra Kristina Dinca da finalda yarışacaqlar. Azərbaycan təmsilçiləri Xoşqədəm Quliyeva 25-ci, Nərminə Hüseynova isə 31-ci olublar.

Turnirdə üçlüklərin təsnifat yarışında Macarıstan komandası fərqlənib. Macarıstanlı gimnastların çıxışları hakimlər tərəfindən 22,361 xalla qiymətləndirilib. İlk üçlüyü Rusiyanın və Rumıniyanın ikinci komandaları tamamlayıblar. İlk üç pillədə qərarlaşan komandalarla yanaşı, finalda Rusiya, Rumıniya, Türkiyə, İtaliya-2 və Finlandiya-2 kollektivləri medallar uğrunda mübarizə aparacaqlar.

Avropa çempionatında fərdi kişi proqramı üzrə yarışlarda Rusiya idmançıları uğurla çıxış ediblər. Hakimlərdən 21,950 xal alan Roman Semenov birinci olub. Onun komanda yoldaşı Timur Kulaev 21,500 xalla ikinci pillədə yer alıb. Bolqarıstanlı Antonio Papazov 21,350 xalla ilk üçlüyü tamamlayıb. Azərbaycan gimnastları Vladimir Dolmatov 9-cu, Elçin Məmmədov isə 18-ci yerdə qərarlaşıblar.

Qarışıq cütlüklərin yarışlarında Macarıstan-2 komandası 22,050 xalla bütün rəqiblərini qabaqlayıb. Rusiya-2 kollektivi 21,950 xalla yarışı ikinci, Rumıniya-2 komandası isə 21,650 xalla üçüncü pillədə başa vurub. Azərbaycan komandası 17-ci pillədə yer alıb.

Qrupların təsnifat yarışında Azərbaycan komandası 19,555 xalla yeddinci olub və finala yüksəlib. Bolqarıstan 22,066 xalla bütün rəqiblərini qabaqlayıb. Rusiya 22 xalla ikinci, Rumıniya 21,983 xalla üçüncü pillədə qərarlaşıb.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil edilib. Böyüklərin komanda hesabında Rusiya birinci, Rumıniya ikinci, Macarıstan isə üçüncü olub.

Mayın 26-da yekun vurulacaq çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə aparırlar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM