25 May 2019 14:49
835
İDMAN
A- A+

UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar Dənizkənarı Milli Parkda azarkeş festivalı keçirilib


UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar reallaşdırılan silsilə tədbirlər çərçivəsində mayın 25-də Dənizkənarı Milli Parkda azarkeş festivalı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasının kubokunun nümayiş olunduğu festivalda Baş nazirin müavini, UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, məşhur futbolçular - İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen və İtaliya yığmasının sabiq qapıçısı Françesko Toldo, AFFA-nın prezidenti Rövnəq Abdullayev, Assosiasiyanın birinci vitse-prezidenti Rauf Əliyev, vitse-prezidenti Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvləri və s. şəxslər iştirak ediblər.

Festivala böyük maraq göstərən şəhər ictimaiyyətinin nümayəndələri, futbol həvəskarları UEFA Avropa Liqasının kuboku və tanınmış futbolçularla xatirə şəkilləri çəkdiriblər. Azərbaycanın ən yaxşı DJ-ləri, musiqi qrupları və incəsənət ustaları rəngarəng çıxışları ilə festival iştirakçılarına xoş anlar yaşadıblar.

Festival iştirakçıları, həmçinin müxtəlif futbol məşğələlərində və maraqlı "Virtual reallıq zonası”nda futbol bacarıqlarını sınaqdan keçirib, müxtəlif mükafatlar və UEFA Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək şansı qazanıblar. Uşaq zonasında balacalar müxtəlif attraksionlarda əylənib, futbol məşqləri ediblər.

UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun "Arsenal” və "Çelsi” komandaları üz-üzə gələcəklər. Oyun saat 23:00-da başlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video