25 May 2019 13:48
735
İDMAN
A- A+

Ermənistan Boks Federasiyasının nümayəndəsi: Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil


Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil. Henrix Mxitaryan Bakıda keçiriləcək final oyununda iştirak etməməklə bağlı qərarı özü qəbul edib. Halbuki Azərbaycan tərəfi onun təhlükəsizliyi üçün tam zəmanət verib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Ervand Hakobyan özünün "Facebook” səhifəsində yazıb.

Ermənistanda "Facebook” istifadəçiləri E.Hakobyanın bu sözlərinə müxtəlif şərhlər yazaraq öz fikirlərini bildiriblər. Onların bəziləri Mxitaryanı qorxaq adlandıraraq qeyd ediblər ki, erməni güləşçilər beynəlxalq yarışlarda, xüsusilə 2007-ci ildə keçirilən güləş üzrə dünya çempionatında və 2015-ci ildə təşkil olunan birinci Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gediblər.

Ermənistan Dövlət Bədən Tərbiyəsi İnstitutunun müəllimi Araks Marutyan (o, həmçinin H.Mxitaryanın müəllimi olub) "Eurasianet.org” portalına müsahibəsində erməni futbolçunun qərarına münasibət bildirərək deyib: "İdman azarkeşi kimi deməliyəm ki, erməni boksçular və yaxud digər erməni idmançılar müxtəlif yarışlarda iştirak etmək üçün Bakıda olublar. Onlar Mxitaryan ilə müqayisədə daha böyük risk alıblar. Amma Mxitaryan beynəlxalq səviyyədə tanınmış futbolçu olduğu üçün daha çox qorunur. Onun finalda iştirak etməməsi təəccüblüdür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video