25 May 2019 12:52
751
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyasının qərargahında “Son iclas” filmi nümayiş etdirilib


Mayın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında "Son iclas" filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, əldə etdiyi mühüm nailiyyətlərdən danışıb. "1918-ci ildə Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu. Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yeni, müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formalaşdırılması istiqamətində çox vacib işlər gördü. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 ay yaşadıqdan sonra süqut etdi.”,- deyə Əli Əhmədov vurğulayıb.

Müasir müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu deyən Əli Əhmədov bildirib ki, bu gün ölkəmiz bütün sahələrdə inkişaf edir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir. "Bugünkü Azərbaycan reallıqları hər bir azərbaycanlının mənafeyinə cavab verir. Azərbaycanın müstəqillik ideyaları yaşayır və inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir. Ölkəmizdə demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib. Azərbaycanda təhlükəsizlik tam təmin olunub. Hər bir vətəndaş ölkədə rahat yaşayır. Ölkəmiz mürəkkəb dünyada sabitlik adası kimi tanınır”, - deyə Əli Əhmədov vurğulayıb.

Sonra "Son iclas" filmi nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video